Mobil versiya
YAP Tovuz rayon təşkilatı və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Sən elə zirvəsən ki ” mövzusunda tədbir keçirilib - FOTOLAR
Tarix: 07-05-2021 | Saat: 18:09
Bölmə:Media | çapa göndər

YAP Tovuz rayon təşkilatı və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Sən elə zirvəsən ki ” mövzusunda tədbir keçirilib


YAP Tovuz rayon təşkilatı və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Sən elə zirvəsən ki ” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP rayon təşkilatının sdəri Məzahir Bayramov, təhsil şöbəsinin müdiri Elmira Mürşüdlü, partiya fəalları Məhəbbət Hüseynova ,Firuzə Yahyayeva çıxış edərək ulu öndərin xalqımız və tariximiz qarşısında böyük xidmətlərindən bəhs etmişlər. Bildirilmişdir ki, Heydər Əliyev uca bir zirvədir və biz ondan uzalqşadıqca bu zirvə uca dağların zirvəsi kimi aralıdan daha əzəmətli, daha möhtəşəm görünür.Bu ucalığa, bu zirvəyə boylandıqca insan sevinir, heyrətlənir və düşünür.Heydər Əliyev möcüzəsi vətənimizin, millətimizin, ən mükəmməl yaradıcılıq abidəsi - ən son kamillik zirvəsi kimin tam əzaməti ilə gözümüzdə canlanır.Ulu öndərin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman- zaman tədqiqatlar mövzusu olacaq. Bu dahi insanın fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Ulu öndərimiz keçmişə istinad edərək bu günümüzü necə qurmağı və gələcəyimiz üçün hansı işlər görülməsinin nümunəsini bizə göstərdi, ölkəmizin və xalqımızın inkişafı, tərəqqisi üçün hansı mərhələlərdən keçməyimizin vacibliyini müəyyən etdi.Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyanın dinamik inkişaf edən müasirləşən, moderinləşən dövlətinə çevirib. Xalqımız ulu öndərin müəyyənləşdirdiyi gur işiqlı mağistıral yolla daha xoşbəxt gələcəyə inamla irəliləyir. Ümumilli liderimizin anadan olmasının 98-ci il dönümünü xalqımız Vətən müharibəsində möhtəşəm qələbə ilə qarşıladı. Çıxış edənlər eyni zamanda Qarabağımızda abadlaşdırma işlərinin yüksək səviyyədə başa çatdırlmasının və keçmiş məcburi köşkünlərin öz yurd yuvalarına qayıtmasının ulu öndərin 100 illik yubleyinə böyük töhfə olacağını vurğulayıblar.

Tədbir məktəblilərin hazırladığı onlayn ədəbi-bədii kompozisiya ilə yekunlaşdı.

aia.az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-03-2024