Mobil versiya
Dünya tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır
Tarix: 07-05-2021 | Saat: 16:25
Bölmə:Karusel / Ölkə | çapa göndər

Dünya tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır



Böyük şəxsiyyətlərin yalnız doğum tarixi olur, onların ölüm tarixləri olmur. Bu şəxsiyyətlər millətin ehtiyaclarından doğulmuş şəxsiyyətlərdir. Bu qəbildən olan insanlar dünyadan getməsi ilə də xalqın gen yaddaşına hopmuş tarixi şəxsiyyətlərdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi potensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər.

Azərbaycanımızın əbədi və sönməz günəşi, mənəvi və ideya atamız, ölkəmizə daim nur saçan, daxili və xarici siyasəti ilə vətənimizə daim uğurlar gətirən, Azərbaycanın haqq-ədalət sözünü bütün dünya dövlətlərinə çatdıran, bəşəriyyətin dahi natiqi, tarixi yaradan şəxsiyyətlərdən biri, Azərbaycan dövlətinin memarı və qurucusu, dostluq, qardaşlıq, birlik, əmin-amanlıq, dövləçilik və sülhün tərəfadrı olan Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin anadan olmasından 98 il ötür. Azərbaycan Xalqı onun taleyində və tarixində Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev Çoxəsirlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş, bu dahi şəxsiyyətin Vətən və Xalq qarşısındakı xidmətləri misilsizdir. Axərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdiriliməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun

müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətləridir.

Təsadüfi deyil ki, Ulu Öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdüdlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük Türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Bəşər tarixində liderlərin böyüklüyü bir tərəfdən yaşadığı dövrdə gördüyü işlərin, yaratdıqlarının əhəmiyyəti ilə ölçülürsə, digər tərəfdən onların fəaliyyətinin gələcəyin axarına təsiri, əks-sədaları ilə müəyyənləşir. Dərin fəlsəfəyə əsaslanan, daim zamanın nəbzini tutmağı, hadisələrə müdrik qiymət verməyi, siyasi potensialını çevik dəyərləndirməyi bacaran şəxsiyyətlər cəmiyyətdəki prosesləri düzgün istiqamətləndirməyə nail olur, təmsil etdikləri xalqları zamanın sərt fırtınalarından, çətin sınaqlarından üzüağ çıxarır, milli xilaskara çevrilirlər. Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev çağdaş tariximizdə əbədləşmiş, respublikamıza rəhbərliyinin bütün dövürlərində vətən və xalq qarşısında misilsiz xidmətləri, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Xilaskarlıq missiyasının banisi kimi tanınan Heydər əliyev XX əsrin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmişdir. Artıq qeyd etdiyimiz kimi, Azərbaycan ən yeni tarixinin bütöv bir qərinəsi Heydər Əliyev şəxsiyyəti ilə, onun mübariz yolu, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Məhz dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkid və tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəlməsi Azərbaycanın müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. O dövrü bir anlığa xatırlayanda göz önünə, ilk növbədə, ölkədə hökm sürən anarxiya və xaos, hərc-mərclik

və dərəbəylik gəlir. Mənəvi, ideya və əqidə atamız Ulu öndər Heydər Əliyevin keçmiş Sovet və respublika rəhbərləri o vaxtkı AXCP-Müsavat hakimiyyəti illərdinə təqib olunarkən o, böyük şəxsiyyəti sevən bir şəxs kimi mən Vəliyev Fəxrəddin Vəli oğlu tarixi yaradan şəxsiyyəti müdafiə edtmək üçün mütəmadi olaraq Gəncə şəhərindən Moskvaya Nazirlər kabinetinə, Azərbaycan səfirliyinə, Naxçıvana, Ulu öndər xalqın və ana bacıların təkid və tələbi ilə Bakıya gəldikdən sonra Bakı şəhərinə öz adımdan və Şəmkirlilər adından çoxlu sayda teleqramalar ünvanlamışam.

Eyni Zamanda Ulu öndər Heydər Əliyev Naxçıvanda yaşayarkən Naxçıvan Muxtar Ali Sovetinin sədri mərhum Afiyəddin Cəlilova, Ulu öndərin həyatının qorunması ilə əlaqədar onlarla xəbərnaməli teleqramalar ünvanlamışam, Ulu öndərin həyatının qorunmasına kömək etsinlər.

1993-cü ilin Vətənimiz üçün ağır olduğu dövrdə isə Sürət Hüseynova rəsmi olaraq teleqaramalar ünvanlamışam ki, sizi xaqlımızın, dövlətimizin xilaskarı Ulu öndər Heydər Əliyev ətrafında birləşməyə çağırıram. Tale mənə qismət etdi ki, o böyük tarixi şəxsiyyətlə real həyatda səkkiz dəfə görüşüm olmuşdur.

Mənim o vaxt ən böyük arzularımdan biri o idi ki, Ulu öndərimiz Azərbaycan Respublikasının Prezidenti olsun, ölkəmizin siyasəti, iqtisadiyyatı, ordusu güclənsin, Azərbaycan möhkəmlənsin, biz faşistlərdən “Qarabağ” torpaqlarımızı azad edək.

Məhz Ulu Öndərin tarixi şəxsiyyət kimi meydana çıxması Azərbaycanda yeni günəşin doğmasına, ölkəmizin parlaq gələcəyinin bərqərar olmasına təkan verdi. Azərbaycanın inkişaf yolunu müəyyən edən Heydər Əliyevin səyləri nəticəsində ölkəmizin ictimai-siyasi, sosila-iqtisadi, elmi-mədəni həyatında ciddi dönüş mərhələsinin başlanğıcı qoyuldu. Dövlətin əsası olan suverenlik, dövlətçilik, ədalət, demokratiya, milli yüksəliş, dünyəvi dövlət və liberal iqtisadiyyat kimi ümimbəşəri dəyərlərin sintezini təmin edən milli ideologiya formalaşdırıldı. Azərbaycanlıları dünyaya sivil dəyərlərin daşıyıcısı kimi tanıdan, dünya Azərbaycanlılarını vətənə bağlayan azərbaycançılıq fəlsəfəsinin əsasları yarandı. Dünya xəritəsində suveren və müstəqil Azərbaycan adlı tarixi həqiqət ünvanı hər kəsə bəlli oldu. Heydər əliyev sübut etdi ki, siyasət naşıların zənn etdiyi kimi asan məsələ deyildir. Hətta ən keşməkeşli zamanlarda belə,

Azərbaycan xalqının müstəqil olmaq hüququnu təmin edə bilmək böyük sənətdir.

Fransanın “Kuryer İnternasional” jurnalının 2003-cü ilin may nömrəsində nəşrin baş redaktoru Aleksandr Adler Ulu Öndər Heydər Əliyevə həsr etdiyi məqaləsində yazırdı: “Nə sülh, nə də firavanlıq gətirən tufanların tüğyan etdiyi müasir dünyada Heydər Əliyev kimi dövlət xadimləri həmişəkindən daha çox gərəkdir. Tanrı bu şəxsiyyəti təkcə öz xalqına deyil, həmdə başqa xalqlara son dərəcə mürəkkəb tarixi bir məqamda göndərmişdir. O, bir sıra ciddi böhranlar keçirmiş və onları dəf etmişdir. O, bunların hamısına mətanətlə sinə gərmiş və onun mənən və cismən məhv etmək üçün göstərilmiş bütün cəhdlərə baxmayaraq daha yüksəklərə qalxmışdır”.

Bu gün də Heydər Əliyevin müəyyən etdiyi yol davam etdirilir. Azərbaycan inkişaf edir, ən uca zirvələrə qalxır, beynəlxalq aləmdə öz nüfuzunu daha da gücləndirir. İndi Heydər Əliyev ideyaları Azərbaycan dövlətinin strateji inkişaf xəttinin ideoloji əsaslarını təşkil edir.

Əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü,öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır.

1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı təhlükəli vəziyyətdən çıxarmağa nail oldu. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış desttruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirildi. Vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlar cəmiyyətdən təcrid edildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu. Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi.

Aərbaycan yalnız Heydər əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid

olunmaq təhlükəsi aradan qaldırılmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Heydər Əliyev xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər əliyevin xarici siyasətinin əsasını sülh beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.

Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənefelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur.

Heydər Əliyevin daxili siyasəti hüquqi dövlət quruculuğuna, Azərbaycanın hər bir vətəndaşının azad, sərbəst yaşamaq hüquqlarının təmin edilməsinə, xalqın həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi bu siyasətin prioritetləri idi.

Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz

buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Azərbaycan xalqının milli lideri, müdrik rəhbər və dahi şəxsiyyətin əziz və işıqlı xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının milli lideri, zəmanəmizin böyük siyasi xadimidir. Heydər Əliyev hər zaman türklərin qəlbində yaşayacaq əfsanədir. Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində gərgin fəaliyyət göstərmişdir. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyət kimi şöhrət qazanmışdır. Məhz ona görədir ki, ictimai rəydə Heydər əliyev Türk dünyasının qüdrətli bir insanı, bütün türk dünyasında Atatürk kimi özünəməxsus yeri olan böyük rəhbər kimi ölməzlik qazanmışdır və ümummilli liderə olan sevgi daha da artmışdır.

Heydər Əliyev amili Azərbaycanda həyati əhəmiyyətə malik bütün dəyişikliklərdə mühüm və həlledici rol oynamışdır. Məmləkətimizdə gedən prosesləri diqqətindən qoymayaraq, parçalanma, qarşıdurma təhlükəsinin labüdlüyü anında xalqın, Vətənin imdadına yetişən Ulu Öndər dövlətçilik təcrübəsinin bütün variantlarından istifadə etməyə məcbur olmuşdur. Zəkasının ziyası ilə məmləkətimizi bürümüş zülməti yox edərək, aydınlığa çıxarmışdır. Ən əsası isə odur ki, Azərbaycanın müstəqillik yolu ilə inamla addımlaması, uğurlarla zənginləşməsi Heydər Əliyevin şəxsiyyət bütövlüyünün, əqidəcə saflığının nəticəsi idi.

Azərbaycan taleyüklü problemlərinin həllində, müqəddəs milli vəzifələrin uğurla həyata keçirilməsində, beynəlxalq ictimai rəydə, Vətənimizin daha böyük uğurlar qazanmasında xalqımızın böyük oğlu Heydər Əliyevin misilsiz xidmətləri təsdiqlənmiş və qəbul edilmişdir. İnamla demək olar ki, Heydər Əliyevin həyat və idarəetmə salnaməsi, siyasi peşəkarlığı və yenilməz iradəsi məhz bu vəzifələrin yerinə yetirilməsində başlıca təminat olmuşdur. Heç kəs yaddan çıxarmamalıdır ki, Azərbaycanın bölüşdürülməsi və daxili toqquşmalar, vətəndaş qarşıdurması və etnik toqquşmalar içərisində boğulmasını nəzərdə tutan məkrli planlar məhz Heydər Əliyev fonameni sayəsində aradan qalxmışdır.

Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gerçəkləşdirdiyi planlar artıq bugünkü Azərbaycan reallığına çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev zəngin tarixə malik bir xalqın özünü təsdiqi üçün zəruri olan milli-mədəni məkanda yaşamaq imkanını reallaşdırdı. Nəticədə milli yiyəlik hissinə sahib olan, dövlətçilik təfəkkürünə yiyələnən, ölkənin bu günü və sabahı üçün məsuliyyət hissi ilə yaşayan azərbaycanlı vətəndaşın obrazı, dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi dövlət fəaliyyətinin mühüm istiqamətlərindən biri olmuşdur.

XX əsrdən bəhs edəndə həm də onu üç böyük ideyanın reallaşdığı, gələn nəsillərə miras qalan ideyalar əsri kimi səciyyələndirilir. Bunlar suverenlik, demokratiya və siyasi inkişaf modelləri ideyalarıdır.

Heydər Əliyev ən qısa zaman kəsiyində yüzilliyin ideyaları sayılan bu üç irsi həyata keçirməyə, suveren, demokratik Azərbaycan dövləti yaratmağa, onun özünə məxsus siyasi inkişaf modelini müəyyənləşdirməyə qadir olmuşdur. O, sübut etmişdir ki, heç bir ideya cəmiyyətə kənardan diktə və göstərişlə qəbul etdirilə bilməz. Cəmiyyətin öz içərisində ideyanı duyan, konkret tarixi spesifikaya uyğun tətbiq edən, yeni ideyaları milyonlara çatdıra bilən siyasi lider hər şeyə qadirdir.

Dahi şəxsiyyətin xalqımız, vətənimiz qarşısında ən böyük və müqəddəs borcu onun məmləkətimizin nailiyyətlərini gələcəkdə yaşatmaq və daha da təkmilləşdirmək iqtidarında olan layiqli, bir varisi İlham Əliyevi yetişdirməsidir. Belə ki, İlham Əliyev türk dünyasının ən qüdrətli sərkərdəsinin, Heydər Əliyev kimi azman siyasi liderin, qüdrətli zəka sahibinin yanında, siyasi kürəsində bərkimiş, yetkin dövlət başçısı olduğunu məsuliyyətli fəaliyyətində təsdiqləmişdir. Əgər indi Ulu Öndərin siyasi varisi, layiqli davamçısı İlham Əliyev bütün varlığı ilə müstəqil Azərbaycanımızın siyasi, iqtisadi və mədəni inkişafı istiqamətində həlledici əhəmiyyətə malik işlər görürsə, deməli, Heydər Əliyev ideyalarının həyata keçirilməsi başlıca vəzifə kimi öz aktuallığını saxlayır və xalq da öz Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasəti dəstəkləyir. Artıq bu bir reallıqdır ki, Azərbaycan Ümummilli Liderimizin müəyyən etdiyi

strateji və alternativi olmayan siyasi xətt ilə inamla irəliləyir, dövlətimiz gənc və dərin zəkaya malik liderlə daha sürətlə inkişaf edir. Azərbaycan getdikcə qüdrətli və dayanıqlı ölkəyə çevrilməklə dünya miqyasında öz mövqeyini və yerini möhkəmləndirir. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Mənim məqsədim budur ki, Azərbaycan xalqı daha yaxşı yaşasın, əmin-amanlıq olsun, inkişaf olsun. Ölkəmiz daha da inkişaf etsin, güclənsin və Azərbaycan dünyada daha da möhkəm bir dövlətə çevrilsin”.

Artıq fəxrlə deyə bilərik ki, Azərbaycan möhkəm və qüdrətli dövlətə çevrilib və bu böyük şəxsiyyətlərin reallaşdırdıqları inkişaf konsepsiyası sayəsində əldə olunan uğurlar ölkəmizin nurlu sabahının təminatçısıdır.

Heydər Əliyevin siyasi xəttinin davamçısı olan Prezident İlham Əliyev hazırda Azərbaycanı müvəffəqiyyətlə siyasi və iqtisadi modernləşməyə doğru aparır. İqtisadiyyatın liberallaşdırılması, ölkənin geosiyasi və geoiqtisadi çəkisinin artması, vətəndaş ilə dövlət arasında vahid birliyin, ahəngdarlığın bərqərar olması Azərbaycanı yüksələn xətlə inkişafa aparır. 2003-cü ilədək əldə edilmiş sabitlik və inkişaf son illər ərzində milli büdcənin həcmini 10 dəfədən çox, o cümlədən, müdafiə büdcəsini bir neçə dəfə, adambaşına düşən gəliri inkişafda olan ölkələrin səviyyəsinə qaldırmağa imkan vermişdir. Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan iqtisadi inkişaf sürətinə görə dünyanın aparıcı dövlətləri sırasında yer almışdır. Son illər ərzində Azərbaycan rəqabət indeksi üzrə dünyanın 60 ölkəsi içərisində, postsosalist məkanında isə ilk yerlərdə təmsil olunmuşdur. Adambaşına düşən birbaşa xarici investisiyanın həcminə görə Azərbaycan regionda lider, dünyada isə ilk onluqdadır. Azərbaycan dünyanın ən islahatçı ölkəsidir. Şəhər və kəndlərimiz günbəgün dəyişir, regionlarımız müasirləşir, informasiya-kommunikasiya vasitələrinin səmərəli inkişafı sayəsində ölkəmiz mühüm intellektual mərkəzə çevrilir. Bunların hamısı bir daha ölkəmizin sürətli inkişafının və moderinləşməsinin bariz numunəsidir. Əlbəttə ki, bu naliyyətlərin əldə olunmasında müqəddəs Tanrımızın xalqımıza xoşbəxtlik rəmzi olaraq bəxş etdiyi gənc və uzaqgörən liderimiz İlham Əliyevin fəaliyyəti danılmaz bir həqiqətdir. Dahi şəxsiyyətin siyasi kursunu davam etdirən cənab İlham Əliyev böyük əzmkarlıq və mətanət göstərməklə Azərbaycanımızı qət olunması çətin

sayılan zirvələrə ucaldır, dövlətçiliyimizi və tarixi müstəqilliyimizi daha da möhkəmləndirir.

“Əmin ola bilərsiniz ki, mən Heydər Əliyevin başladığı bütün işləri axıra çatdıracağam” – söyləyən prezident İlham Əliyev Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Mənəvi, ideya atamız, Ulu öndərimiz Heydər Əliyevin ailə və idarəetmə məktəbinin, türk dünyasının yetirməsi olan, zamanın özündən doğulan, dövrün diqtə etdiyi ideyalar müəllifi, yenilikçi, yeni əsrin yeni lideri, hər xalqın öz dilində danışan, dünyanın böyük dövlətləri və məclisləri tərəfindən qəbul edilən, müəllimlər müəllimi, birləşdirici lider, xalq məhəbbəti, millət sevgisiqazanmış Möhtərəm Prezidentimiz, Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev, Ulu öndərimizin layiqli davamçısı kimi, bütün sahələrdə, eyni zamanda xarici siyasətdə, böyük uğurlar qazanmaqla, ölkəmizi yarım əsir irəli aparmışdır. Xüsusilə apardığı daxili və xarici siyasət nəticəsində xalqımızın, dünya Azərbaycanlılarının ürəkparası olan “Qarabağ” torpaqlarını düşmən faşistlərindən alaraq Azərbaycana birləşdirmişdir. Bu qələbə tarix boyu, son iki yüz ildəfaşistlərin xalqımıza etdiyi zülümə qarşı böyük qələbə olmuşdur. 44 günlük Vətən müharibəsində faşistlərin iki yüz illik məğlubedilməzlik mifini darmadağın etdi. Təbii ki, biz inandıq ki, müharibə dövründə qəti qələbə qazanacağıq.

Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycan xalqının əzmini, qətiyyətini, mübarizliyini, doğma torpaqları uğrunda hər cür fədakarlığa və qəhrəmanlığa hazır olduğunu göstərdi. On minlərlə gənc vətənpərvərin Vətən torpaqları uğrunda vuruşmaq üçün Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi, cəbhə xəttində əsgər və zabitlərimizin göstərdiyi şücaətlər xalqımızın qəhrəmanlıq nümunələri hesab olunmalıdır. Etiraf edilməlidir ki, Xalqın və Ordunun Prezidentə və Ali Baş Komandana dərin inamı Vətən müharibəsinin tarixi qələbə ilə başa çatmasında mühüm rol oynamışdır. Güclü Ordunun yaradılması, Silahlı Qüvvələrimizin ən müasir döyüş vasitələri ilə təchiz edilməsi, şəxsi heyətin

peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, Ordu ilə xalqının vəhdətinin təmin edilməsi rəşadətli Azərbaycan Ordusunun möhtəşəm qələbəsinin kökündə dayanan həqiqətlərdir.

Döyüş meydanında qazanılan hər bir tarixi qələbənin əsasında lider amili dayanır. Hamılıqla etiraf etməliyik gerçəklik ondan ibarətdir ki, Ümummilli Lider, müdrik dövlət başçısı Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəsi və yüksək şəxsi keyfiyyətləri, Azərbaycan xalqı arasında və dünyada böyük nüfuza malik, doğma Qarabağ uğrunda savaşda uğurlarımızın əsas şərti olmuşdur. Azərbaycanın üçrəngli bayrağının tezliklə işğal olunmuş torpaqlarımızda, Qarabağda dalağanacağı barədə verdiyi vədləri şərəflə yerinə yetirməyi Ulu Öndərimizin və Azərbaycan xalqının Prezident, Ali Baş Komandan cənab İlham Əliyevə olan böyük etimadının nə qədər dərin köklərə malik olmasından xəbər verir.

Müqəddəs torpaqlarımız uğrunda Vətən müharibəsində qazandığımız şanlı qələbənin müəllifi də, Ali Baş Komandanımızdır. Ali Baş Komandan kimi Azərbaycanın yeni tarixini yazdı.

Tarix Ali Baş Komandanın adını öz şərəf səhifəsinə qızıl hərflərlə həkk edəcəkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024