Mobil versiya
Dövlət Teatr Muzeyində ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub
Tarix: 06-05-2021 | Saat: 17:32
Bölmə:Cəmiyyət | çapa göndər

Dövlət Teatr Muzeyində ulu öndər Heydər Əliyevin xatirəsi yad olunub

Mayın 6-da Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

T tədbirdə muzeyin əməkdaşı Ümidə Hacıyeva müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin şərəfli ömür yolundan, vətənimiz qarşısında tarixi xidmətlərindən danışıb.

Məruzədə qeyd edilib ki, Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu beynəlxalq arenada xeyli artıb, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib. Müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Liderimizin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev inkişaf yolunda olan ölkəmizi mürəkkəb dünya miqyasında böyük məharətlə, siyasi uzaqgörənliklə idarə edir, onun rəhbərliyi altında respublikamız böyük nailiyyətlərə imza atır.

Tədbirdə Ümummilli Liderin həyatını, ictimai-siyasi fəaliyyətini təcəssüm etdirən videoçarx nümayiş olunub.

Tədbir çərçivəsində G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin şagirdləri Vaqif Məmmədov klarnetdə Sevil Əliyevanın “Ana”, Arif Məlikovun “Noktyurn” əsərlərini, Natəvan Əliyeva fleytada Lüdviq van Bethovenin “Səadət odası”nı ifa ediblər. Fatimə Vəliyevanın pianoda müşayiəti altında Bakı Musiqi Akademiyasının tələbəsi Sübhan Rüstəmov Üzeyir Hacıbəylinin “Sevgili Canan” və “Sənsiz” qəzəl-romanslarını, Səid Rüstəmovun “Getmə”, Vasif Adıgözəlovun “Qərənfil” mahnılarını səsləndirib.

Tədbir COVID-19 pandemiyası səbəbindən məhdud sayda auditoriya ilə təşkil olunub və həmçinin sosial məsafə, sanitar-gigiyena qaydalarına əməl edilib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024