Mobil versiya
16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib
Tarix: 06-05-2021 | Saat: 16:21
Bölmə:Ölkə | çapa göndər

16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində monitorinqlər keçirib.

Nazilrikdən aia.az-a verilən məlumata görə, sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə mayın 4-də keçirdiyi növbəti monitorinqlər zamanı Sumqayıt şəhərində “Məlhəm-mağaza”, “Şüküroğlu mebel”, “Elmar market”, “Mebel sərgi salonu”, “Mebel klassika” pərakəndə ticarət obyektlərində, Elmin Əliyevə və Qismət Məmmədova məxsus mağazalarda, “Müasir Stomatologiya-Stomatoloji klinika”da, ümumilikdə 16 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024