Mobil versiya
“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” monoqrafiyasının təqdimatı olub
Tarix: 06-05-2021 | Saat: 14:20
Bölmə:Ölkə | çapa göndər

“Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” monoqrafiyasının təqdimatı olub

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədovun elmi redaktorluğu ilə hazırlanmış, ulu öndər Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli” adlı monoqrafiyanın onlayn təqdimatı keçirilib.

Bu barədə AzMİU-dan bildirilib. Universitetin rektoru, professor Gülçöhrə Məmmədova tədbirdə çıxış edərək Ulu Öndərin qurucusu olduğu milli iqtisadi inkişaf modelinin ölkəmizdə bazar iqtisadiyyatının formalaşmasında və sonrakı mərhələlərdə dinamik inkişafın təmin olunmasında xüsusi əhəmiyyətini qeyd edib. Rektor monoqrafiyada ölkəmizin müasir vəziyyəti və inkişaf prioritetlərinin hərtərəfli tədqiq olunduğunu vurğulayıb.

Seminarın moderatoru Məhəbbət Məmmədov Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafında həyata keçirdiyi çoxşaxəli islahat və inkişaf xarakterli tədbirlərlə əlaqədar monoqrafiyada aparılan elmi araşdırmalar haqqında ətraflı məlumat verib. O, Ümummilli Liderin ölkəmizin iqtisadiyyatının bütün sahələrinin inkişafında müstəsna rolundan danışıb.

Monoqrafiyadakı elmi araşdırmaların müəllifləri - Azərbaycan İqtisadçılar İttifaqının sədri, akademik Ziyad Səmədzadə, Nazirlər Kabinetinin Sənaye və energetika məsələləri şöbəsinin müdiri, professor Elşən Hacızadə, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, Rusiya Federasiyasının Cənub Universitetinin rektoru, professor İmran Əkbərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatının Milli Konfederasiyasının əməkdaşı Süleyman Kələşov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseyn və AzMİU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafı üçün həyata keçirdiyi islahatlar, ölkə iqtisadiyyatının yenidən qurulması haqqında çıxış ediblər.

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024