Mobil versiya
Dünyada koronavirusa yoluxanların sayı 141,7 milyonu ötüb - ÜST
Tarix: 21-04-2021 | Saat: 09:14
Bölmə:Dünya | çapa göndər

Dünyada koronavirusa yoluxanların sayı 141,7 milyonu ötüb -


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 656 mindən çox artıb.

aia.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 656 406 nəfər yeni koronavirusa yoluxub, 10 503 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 141 754 944, ölənlərin isə 3 025 835 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 31 350 025 nəfər. Siyahıda daha sonra Hindistan (15 321 089), Braziliya (13 943 071), Fransa (5 214 493), Rusiya (4 718 854), Böyük Britaniya (4 390 787), İtaliya (3 878 994), İspaniya (3 428 354), Almaniya (3 163 308), Polşa (2 704 571) və Argentina (2 694 014) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024