Mobil versiya
Mustafa Nöhbalayev: ““YAŞAT” Fondu şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına qayğı göstərilməsində mühüm rol oynayır”
Tarix: 20-04-2021 | Saat: 16:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Mustafa Nöhbalayev: ““YAŞAT” Fondu şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına qayğı göstərilməsində mühüm rol oynayır”

“Bu gün Azərbaycanda həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri məhz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə diqqət və qayğının göstərilməsidir. Birmənalı olaraq demək lazımdır ki, bu sahədə dövlətin institusional təşəbbüsləri xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda da bu təşəbbüslər işğaldan azad edilmiş ərazilərin yenidən dirçəldilməsi və digər bu kimi dövlət əhəmiyyətli işlərin həyata keçirilməsində vacib rol oynayır.”

Bu sözləri saytımıza verdiyi açıqlamasında Quba rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP Quba rayon təşkilatının İdarə Heyətinin üzvü Mustafa Nöhbalayev deyib. Müsahibimiz ilk növbədə Ölkə Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış “YAŞAT” Fondunun fəaliyyətini qeyd edərək bildirib ki, şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına qayğı göstərilməsində dövlətin institusional təşəbbüsləri müstəsna rol oynayırlar: “Bildiyiniz kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fondu dövlətin institusional təşəbbüsü olaraq öz fəaliyyətində humanitar missiyanı ehtiva edir. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Birmənalı olaraq demək azımdır ki, hal-hazırda Fond öz funksiyalarını yüksək səviyyədə həyata keçirir. Fondun vəsaitləri hesabına şəhid ailəsi statusu alınana və ya əlillik müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi, təhsil alınmasına, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialın inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması və digər bu kimi sosialyönümlü layihələr həyata keçirilir. Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, təsis olunduğu gündən “YAŞAT” Fonduna könüllü ödəmələr dayanmadan davam edir. Əlbəttə ki, bu hal cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir.”

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində zərər çəkmiş mülki əhalinin də dövlətimizin qayğısı ilə maksimum əhatə olunduğunu deyən Mustafa Nöhbalayev dəymiş ziyanın ödənilməsi prosesinin dövlətin nəzarətində olmasının vacibliyini vurğulayıb: “Məlum olduğu kimi, Ermənistanın silahlı qüvvələri hərbi əməliyyatların davam etdiyi dövrdə Azərbaycan ərazisində mülki obyektləri, yaşayış binalarını hədəfə alırdılar. Bu hərbi cinayət əməllərinin nəticəsində hətta cəbhə bölgəsindən çox uzaqda yerləşən kənd və qəsəbələrimizdə, şəhərlərimizdə dinc insanlarımız öz həyatlarını itirmiş, əhaliyə böyük məbləğlərdə maddi ziyan dəymişdir. Bu gün Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi prosesi Azərbaycan dövlətinin tam nəzarətindədir. Mülki əhaliyə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlərin görülməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılıb. Zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət maliyyə yardımları göstərəcəkdir.”

Həmçinin Mustafa Nöhbalayev Qarabağ Dirçəliş Fondundan bəhs edərək, bu Fondun yaradılmasının milli birliyimizin qorunmasına institusional töhfə olduğunu söyləyib: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Heç şübhəsiz otuz il ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq. Bu baxımdan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması işinə könüllü dəstək göstərilməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fondu bu gün cəmiyyətimizdə yaşanan milli birliyin qorunmasına və daha da güclənməsinə əhəmiyyətli institusional töhfədir. Həmvətənlərimizin bu Fonda istənilən məbləğdə vəsaitlər köçürmələri təkcə maddiyyatla bağlı olmayacaq, eyni zamanda, milli-mənəvi birliyimizi möhkəmləndirəcək, Vətən, torpaq, yurd sevgisini daha da artıracaq. Fondun hesabına vəsait köçürənlər bərpada paylarının olması ilə qürur duyacaqlar.”

Sonda Mustafa Nöhbalayev bu məqamı da vurğulayıb ki, şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı üzrə təşəbbüslərin yerli icra hakimiyyəti orqanlarını da əhatə etməsi özü-özlüyündə böyük əhəmiyyət kəsb edir: “Bildiyiniz kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2021-ci il tarixli Fərmanı ilə yerli icra hakimiyyəti orqanlarının strukturunda Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbələrinin yaradılması nəzərdə tutulub. Heç şübhəsiz bu, ölkəmizdə sosial siyasətin şaxələnməsi və institutlaşdırılması istiqamətində atılan son dərəcə önəmli bir addımdır. Bu şöbələrin yaradılması dövlətin müvafiq xidmətlərindən vətəndaşların faydalanmaq imkanlarını artırır. Dövlət xidmətlərinin əlçatanlığı isə Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial problemlərinin qısa müddət ərzində həllinə xidmət edir. Həmçinin dövlətin mühüm institusional təşəbbüslərindən daha biri kimi müraciətlərə baxılmasında obyektivliyin təmin edilməsi üzrə xüsusi qurumların yaradılmasını qeyd etmək olar. Dövlət Vətən Müharibəsində iştirak etmiş hər bir hərbiçin müraciətinə həssaslıqla yanaşır. Buna görə də Müdafiə Nazirliyində səfərbərlikdən tərxis olunan şəxslərin müraciətlərinə baxılması üzrə xüsusi komissiya yaradılıb. Hazırda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya müraciətlərə baxılması və irəli sürülən məsələlərin həll olunması istiqamətində effektiv fəaliyyətini davam etdirir.”

Abbas Abbasov
Elbrus Bağırov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-04-2024