Mobil versiya
Cəmşid Naxçıvanski adına hərbi liseyin yaranması böyük uzaqgörənlik olmuşdur
Tarix: 20-04-2021 | Saat: 10:59
Bölmə:Cəmiyyət | çapa göndər

Cəmşid Naxçıvanski adına hərbi liseyin yaranması böyük uzaqgörənlik olmuşdur


Azərbaycan xalqının ümummilli lideriHeydər Əliyev hələ sovet dövründə ölkəmizin rəhbəri olarkən Azərbaycanın müstəqillik arzularını dirçəltmək, gənclərimizin hərbi məktəblərdə oxumasını, milli zabit kadrlarının formalaşmasını Azərbaycanda hərbi ənənələrinin yaşatmaq və bərpa etmək üçün misilsiz işlər görmüşdür. Azərbaycan Ordusu ilə əlaqədar 1993-cü ildən sonra respublikada keçirilən bütün tədbirlərdə Ulu Öndər bu şərəfli tarixi hörmətlə xatırlayırdı, bu sahədə gördüyü işlərdən böyük qürurla, fəxrlə söhbət açırdı.

1998-ci il iyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 80 illiyi qeyd edilərkən o, bir daha bu tarixi vərəqləyir, son dərəcə geniş məlumata sahib olduğunu göstərərək konkret faktlarla 1972-ci ildə açılmış C.Naxçıvanski adına orta hərbi məktəbi necə yaratmasını böyük məhəbbətlə xatırlayırdı. O, 1970-ci ildə vəziyyəti öyrənərkən görmüşdü ki, Azərbaycanda 1939-cu ildə yaradılmış 2 hərbi məktəbdə - Ümumi Hərbi Komandirlər Məktəbində və Hərbi Dəniz Donanması Məktəbində cəmi 10-15 azərbaycanlı oxuyur. C.Naxçıvanski adına məktəbin yaranmasından sonra isə Sovet ittifaqının müxtəlif şəhərlərində və 45-dən artıq hərbi məktəbdə hərbi təhsil almaq üçün ildə 800-900 nəfər gənc göndərilirdi. Ulu Öndər deyərdi:“Bunların hamısını edərkən biz xalqımız haqqında düşünürdük. Düşünürdük ki, xalqımızda hərbi peşə itməsin, -Çar Rusiyası vaxtı demişdilər ki, “müsəlmanlar orduda qulluq edə bilməz”-xalqımız hərbi peşədən məhrum olmasın.Mən eyni zamanda o vaxt düşünürdüm ki, gələcəkdə bu bizə lazım olacaqdır.”

Ümummilli Lider Azərbaycan ordusu ilə əlaqədar çıxışlarında Azərbaycanda hərbi mütəxəssislər hazırlamaqdayaradılan maneələri bir çox naməlum cəhətlərini açıb göstərirdi. Bu yolda qarşılaşdığı çətinliklərin ən yuxarı səviyyələrdən qaynaqlandığını izah edirdi. 1995-ci il mayın 28-də Respublika Milli Qvardiyasının qərargahında Azərbaycanın Milli Qəhramanı Əfqan Hüseynovun büstünün açılışı mərasimində demişdi:“Xatirimdədir, 1970-ci ildə 25 il bundan öncə mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı,analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğurdan da mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, butəşəbbüsü o dövrdən artıq 25 il keçəndən sonra şəxsən özüm çox yüksək qiymətləndirirəm. Mən belə bir addım atarkən ... təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Mən istəyirdim ki, zabitlər korpusumuz olsun. Çünki bu, Azərbaycanın gələcəyi üçün lazım idi. O vaxt bizi dərk edə bilməyən adamlar da .... indi yəqin artıq bildilər ki, bu addımı atarkən nə qədər böyük uzaqgörənlik olmuşdur.”

Heydər Əliyev bu məktəbin bağlanması üçün Moskvadan gələn komissiyaların nələrə əl atdığını, bunun qanunsuz olduğunu sübut etmək istədiklərini ürək ağrısı ilə xatırlayır və bütün bu maneələri dəf edə bildiyinə görə qürur hissi keçirir, bəzi hallarda isə bundan duyduğu sevinc hisslərini bölüşərkən kövrəlirdi.“ Mən oraya hər il gedirdim. Hər dəfə 13, 14, 15 yaşında oğlanlar orada hərbipaltarda, hərbi intizamla, əsgəri addımlarla bizim önümüzdən keçib gedəndə bəzən gözlərimdən yaş gəlirdi. Mən onlara baxdıqca düşünürdüm ki, nə qədər gözəl bir iş görmüşük və bu iş Azərbaycanın gələcəyi üçün nə qədər lazımdır.”

Ulu Öndər Azərbaycanın Silahlı Qüvvələrinin ordusunun yaranmasında onun pərakəndə və hazırlıqsız dəstələrdən, şəxsi batalyonlardan nizami ordu kimi formalaşmasında, vaxtilə sovet ali hərbi məktəblərində təhsil almış zabitlərin Azərbaycan ordusuna cəlb edilərək onlara yüksək vəzifələr verilməsində və onun bu günkü mübariz və döyüşkən, eyni zamanda güclü hərbi texnikaya və hərbi hazırlığa malik bir orduya çevrilməsində ulu öndərin xidmətləri əvəzsizdir.

Heydər Əliyev təkcə hərbi kadrların hazırlanmasında deyil, respublika üçün bütün sahələr üzrə mütəxəssislər hazırlığını diqqət mərkəzində saxlayır və sovet dövründə SSRİ-nin 170-dən çox nüfuzlu ali məktəbində dövlət hesabına təhsil almaq üçün hər il ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 800 tələbənin göndərilməsini təşkil edir və onları çox təntənəli şəkildə respublika ictimaiyətinin iştirakı ilə yola salırdı. Onlara layiqli mütəxəssis kimi Azərbaycana dönməyi tövsiyyə edirdi. Həqiqətən də o dövrdə yetişmiş mütəxəssislər Azərbaycanın taleyində, onun iqtisadi inkişafında yüksək dərəcədə böyük rol oynamışlar.

Çox sevindirici haldır ki, Ulu Öndərin uzaqgörən siyasətini və gözəl ənənələrini layiqli varisi Prezident İlham Əliyev bu gün yüksək səviyyədə davam etdirir. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyevin uğurlu fəaliyyətində gəncliyin inkişafına xüsusi diqqət vardır. Bunun nəticəsidir ki, Azərbaycan gəncləri beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətininifşa olunması istiqamətindəsəmərəli, təqdirəlayiqfəaliyyət göstərib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsi ədalətli həllini tapıb, düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunub. Bu gün dövlətimizin əsas siyasəti azad edilmiş ərazilərimizin tamamilə yenidən qurulması bölgəyə dinc, təhlükəsiz, rahat həyatın gətirilməsidir.



Elsevər Umudov
YAP üzvü, Saatlı rayonu, Azadkənd kəndi
aia.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024