Mobil versiya
Qüdrətli Ordunun və Dövlətin 44 günlük əzmi
Tarix: 17-04-2021 | Saat: 10:14
Bölmə:Gündəm | çapa göndər

Qüdrətli Ordunun və Dövlətin 44 günlük əzmi


İllərlə ümid və inamla gözlədiyimiz gün nəhayətki, Şanlı Ordumuz sayəsində Azərbaycan xalqına bəxş edildi. Xalqımız qələbə sevincini qürur hissiylə yaşadı. Doğrudur, qələbə sevinci içərisində şəhidlərimiz üçün axıdılan göz yaşlarıda vardır, lakin tək təsəllimiz 90-cı illərdən bəri verdiyimiz şəhidlərin qanlarının yerdə qalmaması idi. İgid oğullarımız döyüş meydanlarında böyük qəhrəmanlıq göstərib, qəhrəmanlıq səlnaməsinə imza atdılar.

44 gün davam edən bu haqq mübarizəsində qəhrəmanlarımız bir an belə ruhdan düşmədən, geri çəkilmədən, yüksək ruhla mübarizəni davam etdirdilər. 30 il ərzində Ermənistan Qarabağda özünə döyüş hazırlığı üçün silah-sursat toplasa da Azərbaycan xalqının və dövlətinin iradəsinə qalib gələ bilmədi. Çünki, artıq xalq nə o 1990-ci ildəki xalq deyildir, nə də dövlət o zamanki kimi zəif və gücsüz idi. Azərbaycan Ordusu və dövləti bütün dünyaya nəyə qadir olduğunu sübut edərək, yeni tarix yazdı. Bütün döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri yüksək mənəvi keyfiyyət nümayiş etdirdi, bir əsgər belə silahını atıb döyüş meydanından qaçmadı, yaralanan əsgərlərimiz sağalıb yenidən döyüş meydanına qayıtmaq üçün əzm göstərdi. Amma Ermənistan ordusunun 10 min fərarisi var idi.

Xalqımız əsrlər boyu İkinci Qarabağ müharibəsində dəmir yumruq sayəsində qazandığımız Zəfəri qürur hissi ilə anacaq. Azərbaycan Xalqı yenilməz xalqdır, Azərbaycan Dövləti məğlubedilməz və güclü dövlətdir. Ermənistan isə məğlubedilmiş və diz çökdürülmüş bir ölkədir.

Dövlət hər zaman Ordu quruculuğunu prioritet istiqamət kimi hədəf seçmişdir, danışıqlar masasında prinsipiallıq nümayiş etdirilməsinə baxmayaraq həmdə güclü ordu formalaşdırılırdı. Son 17 il ərzində dövlətin əsas büdcə xərcləri hərbi xərclər olmuşdur. Bir ölkədən aslı olmamaq şərti ilə bir çox ölkələrdən müasir hərbi texnika və silahlar alınmışdır.

Bu gün artıq Azərbaycan Ordusunun təcrübəsi və hərbi strategiyası beynəlxalq ekspertlər tərəfindən araşdırılır. Sirr deyil ki, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və bir çox inkişaf etmiş ölkələrin hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki Qələbəmizin sirləri öyrənilir.

Azərbaycan artıq 30 il öncəki Azərbaycan deyildir. Azərbaycan artıq inkişaf etmiş və dünyada sözünü deyə biləcək bir ölkədir. Dövlət xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparırdı və beynəlxalq müstəvidə beynəlxalq təşkilatlar tərəfindən dövlətimiz üçün faydalı olan önəmli qərar və qətnamələr qəbul edilmişdir. Qələbənin təmin edilməsi artıq masa arxasındakı həll edilməyən danışıqlar deyildir. Dövlətin əzmi bunu bir daha sübut etdi ki, Azərbaycan güclü Dövlətdir və Azərbaycanın Müzəffər Ordusu var.

Artıq Qarabağ işğaldan azaddır, dövlət Qarabağı yenidən bərpa edərək dirçəldəcək. Ölkəmiz artıq yeni inkişaf dörünə başlayır. Zəfər Xalqımıza çox yaraşır.



Aytən Ağalarova
Salyan rayon Arbatan kənd tam orta məktəbin direktoru
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024