Mobil versiya
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
Tarix: 16-04-2021 | Saat: 12:18
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub

Azərbaycan Ordusunun hərbçisi mina partlayışı nəticəsində şəhid olub.

Müdafiə Nazirliyindən aia.az-a bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024