Mobil versiya
Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib
Tarix: 05-03-2021 | Saat: 17:11
Bölmə:Siyasət | çapa göndər

Ombudsman hərbi helikopterin qəzaya uğraması ilə bağlı Türkiyənin müxtəlif qurum rəhbərlərinə başsağlığı verib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyədə baş vermiş hərbi helikopter qəzası ilə bağlı Türkiyənin Baş Ombudsmanı Şeref Malkoça, İnsan Hüquqları və Bərabərlik Qurumunun rəhbəri Süleyman Arslana, eləcə də Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özorala başsağlığı ünvanlayıb.

Ombudsman Aparatından aia.az-a bildirilib ki, o, həlak olmuş hərbçilərə Allahdan rəhmət, yaralılara şəfa, yaxınlarına isə səbr diləyib.

Məlumat üçün bildirməliyik ki, Türkiyənin Bitlis əyalətinin Tatvan bölgəsində hərbi helikopterin qəzaya uğraması nəticəsində yüksək rütbəli hərbi qulluqçular və əsgərlər şəhid olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024