Mobil versiya
Mübariz Mənsimovun məhkəməsi BAŞLADI
Tarix: 05-03-2021 | Saat: 12:03
Bölmə:Gündəm | çapa göndər

Mübariz Mənsimovun məhkəməsi

Hazırda Türkiyə Cümhuriyyətinin 27-ci İstanbul Ağır Cəza Məhkəməsində azərbaycanlı iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun məhkəməsi keçirilir.

aia.az xəbər verir ki, bu barədə Modern.az-a “Palmali Holding”in mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva məlumat verib.

F.Quliyeva qeyd edib ki, iş adamına hökm oxunacağı gözlənilir.

Qeyd edək ki, azərbaycanlı iş adamının bu gün azadlığa buraxılacağı gözlənilir. Belə ki, İstanbul Baş Prokurorluğu bir neçə gün öncə Mübariz Mənsimovun sərbəst buraxılmasını istəyib.

Xatırladaq ki, Mübariz Mənsimov Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən 2020-ci ilin mart ayının 15-də saxlanılıb, martın 17-də isə onun barəsində həbs qətimkan tədbiri seçilib. Azərbaycanlı iş adamı FETÖ terror təşkilatı ilə əməkdaşlıqda ittiham olunurdu.

Mübariz Mənsimov ilk gündən ittihamları rədd edir və bu işin ona qarşı əvvəlcədən planlaşdırılmış qurğu olduğunu bildirir. İş adamı həbsdə olduğu müddətdə də dəfələrlə bildirib ki, onun FETÖ terror təşkilatı ilə heç vaxt əlaqəsi olmayıb.

Mübariz Mənsimov onu da vurğulayıb ki, özü və rəhbərlik etdiyi “Palmali” şirkəti hər zaman Azərbaycanın və Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024