Mobil versiya
Qasım Qasımov: “Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında Azərbaycan həqiqətlərini bir daha diqqət mərkəzinə gətirdi”
Tarix: 03-03-2021 | Saat: 16:46
Bölmə:Gündəm | çapa göndər

Qasım Qasımov: “Prezident İlham Əliyev keçirdiyi mətbuat konfransında Azərbaycan həqiqətlərini bir daha diqqət mərkəzinə gətirdi”

“30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisəsi ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Lakin Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində gərgin və məqsədyönlü iş aparıldı. Nəticədə, ötən ilin sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsinin sonucu olaraq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bütün dünya bizi görmək, eşitmək və ən əsası da bizimlə hesablaşmaq məcburiyyətində qaldı.” Bu sözləri saytımıza verdiyi açıqlamasında Mərkəzi Muğan Kollektorunun İstismarı İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının İdarə Heyətinin üzvü Qasım Qasımov deyib.
İlk növbədə müsahibimiz belə bir məqamı vurğulayıb ki, keçirilən mətbuat konfransı Xocalı soyqırımı ilə bağlı Azərbaycan həqiqətlərinin olduğu kimi bir daha bütün dünyaya çatdırlıması baxlmlndan da müstəsna əhəmiyyət kəsb edir. Ölkə Prezidenti tərəfindən jurnalistlərə bu xüsusda ətraflı məlumatların verildiyini qeyd edən Qasım Qasımov bu istiqamətdə hər bir azərbaycanlının davamlı olaraq təbliğat və təşviqat işləri aparmasının vacibliyini vurğulayıb: “Xocalı soyqırımı XX əsrdə törədilmiş insanlıq əleyhinə olan ən qanlı cinayətlərlə bir sırada durur. Azərbaycanın şanlı ordusu Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını düşməndən döyüş meydanında aldı. Lakin Xocalı qətliamı bizim sağalmaz yaramızdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb. Məhz bu işlərin nəticəsidir ki, artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Lakin keçirdiyi mətbuat konfransında media nümayəndələrinə müraciət edən Prezident İlham Əliyev erməni faşizminin bariz təzahürü olan bu faciə haqqında bir daha ətraflı məlumat verməklə Azərbaycanın bu istiqamətdə bundan sonra hələ çox iş aparmalı olduğunu vurğuladı. Biz də bilməliyik ki, Xocalı qətliamı barədə və digər Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılması tək Azərbaycan dövlətinin işi deyil. Bu sahədə bütün Azərbaycan cəmiyyəti, hər bir azərbaycanlı öz sahəsində daim çalışmalı, səy göstərməlidir.”
Daha sonra Qasım Qasımov dövlət başçısına ünvanlanan suallar arasında Ermənistan tərəfindən 10 noyabr Bəyanatının icrasına necə əməl olnduğuna dair sualların da kifayət qədər səsləndirilməsinə münasibət bildirib. Müsahibimiz bu halı Ermənistanın artıq beynəlxalq ictimaiyyət tərəfindən də öz öhdəliklərinə əməl etməyə biləcək qədər etibarsız dövlət kimi tanındığı ilə izah edib: “Bu gün Ermənistanın uzun illər boyunca məharətlə maskalanmış, gizlədilmiş əsil siması artıq bütün dünyaya olduğu kimi görünməkdədir. Bu sima isə tez bir zamanda riyakarlıq və etibarsızlıq simvoluna çevrilmişdir. Təbii ki, ölkələrimizin beynəlxalq nüfuzu və etibarlılığı baxımından Azərbaycan və Ermənistan qətiyyən müqayisə edilə biləcək dövlətlər deyillər. Ümumiyyətlə Ermənistan heç bir müstəvidə Azərbaycanla müqayisə edilə biləcək bir durumda deyil. 10 noyabr Üçtərəfli Bəyanatından irəli gələn öhdəliklərin icrasına gəlincə isə, Ermənistan bunu etməyə sadəcə məcburdur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr Bəyanatının icrasına mane olmaq cəhdləri bu ölkə üçün çox zərərverici olacaqdır. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra artıq bütün Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratmışdır. Bu yeni reallıqların münbit fonunda açılan imkanlardan bütün region dövlətləri və qonşu ölkələr öz firavan gələcəklərini qurmaq və iqtisadiyyatlarını daha da inkişaf etdirmək üçün yararlana bilərlər. Lakin bunun üçün ən vacib şərtlərdən biri düşmənçilik, ərazi iddiaları, revanşist xülyalar kimi zərərli ideyalardan mümkün qədər tez əl çəkməkdir.”

Kənan Cəfərov
Tahir Həsənov

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024