Mobil versiya
YAP Salyan rayon təşkilatının hesabat yığıncağı keçirilib
Tarix: 02-03-2021 | Saat: 10:13
Bölmə:Siyasət | çapa göndər

YAP Salyan rayon təşkilatının hesabat yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının 2020-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib. Onlayn yığıncaqda geniş məruzə ilə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti haqqında məlumat verib.

Bildirilib ki, rayon təşkilatı öz işini Yeni Azərbaycan Partiyasının qurultaylarının qərarları, İcra Katibliyinin tələb və tövsiyələri əsasında qurub, hesabat dövründə Nizamnamə tələbləri çərçivəsində fəaliyyət göstərib. Bundan başqa YAP Salyan rayon təşkilatında ərazi ilk partiya təşkilatları ilə iş günün tələbləri səviyyəsində qurulub. Eləcə də COVID-19 pandemiyası ilə əlaqədar olaraq partiya iclasları onlayn formada keçirilib. Bundan başqa, ötən il ərzində COVID-19 pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində YAP Salyan rayon təşkilatının fəaliyyəti haqqında məlumat verən R.Cəbrayılov qeyd edib ki, rayon təşkilatı xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə kimsəsiz, tənha və aztəminatlı ailələrin problemləri ilə yaxından tanış olub və onların həlli ilə bağlı bir sıra addımlar atıb.

Tədbirdə çıxış edən YAP İcra Katibliyinin məsul işçisi Həsən Daşdəmirov ölkəmizdə həyata keçirilən dövlət siyasəti və onun uğurları ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, YAP hər zaman avanqard siyasi qüvvə kimi ölkəmizdə gedən ictimai-siyasi proseslərdə ön sırada yer alır. H.Daşdəmirov 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə YAP üzvlərinin fəal surətdə şəhid ailələri, qazilərlə görüşdüyünü diqqətə çatdırıb.
Yığıncaqda çıxış edən Razıgül Dadaşova, Əliağa Mustafayev, Səlimağa Səlimli, Turanxanım Mehdiyeva və Günel Yaqubova rayon təşkilatının ötən ildə gördüyü işlərdən bəhs ediblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024