Mobil versiya
Xocalının günahsız qurbanlarının ruhu əbədi rahatlığa qovuşdu - FOTOLAR
Tarix: 24-02-2021 | Saat: 12:58
Bölmə:Gündəm | çapa göndər

Xocalının günahsız qurbanlarının ruhu əbədi rahatlığa qovuşdu


24 Fevral 2021-ci il tarixdə YAP Samux rayon təşkilatı Qadınlar Şurasının təşkilatçılığı ilə Xocalı faciəsinin 29-cu ildönümünə həsr edilmiş “Xocalının günahsız qurbanlarının ruhu əbədi rahatlığa qovuşdu” mövzusunda videokonfrans keçirildi. Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova qeyd etdi ki, Qədim Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər tarix boyu xalqımıza qarşı xəyanətlərə əl atıblar. Belə ki, “böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər öz çirkin məqsədlərinə çatmaq üçün xarici himayədarlarının köməyi ilə müxtəlif vaxtlarda azərbaycanlılara qarşı terror və soyqırımı həyata keçirməklə etnik təmizləmə siyasəti aparıblar. Xocalının işğalından 29 il keçməsinə baxmayaraq erməni faşistlərindən və imperiya ordusunun 366-cı motoatıcı alayının narkotik qəbul etmiş əsgərlərinin Xocalının əliyalın sakinlərinə qarşı törətdikləri vəhşiliklər unudulmadı. Əksinə, illər keçdikdə qaysaq bağlamayan yaralar göynədi, xalqımıza qarşı soyqırımı törədənlərə nifrət artdı. 44 gün davam edən müharibədə qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə 29 il bundan əvvəl qətlə yetirilən 613 Xocalı sakininin qisasını aldı.

Sonra tədbirdə Samux şəhər 2 saylı Uşaq Bağçasının direktoru Aytən Məmmədova, Samux rayon Heydər Əliyev Mərkəznin direktoru Nuranə Həsənova, Samux şəhər 6 saylı Uşaq Bağçasının direktoru Təhminə Əliyeva və digər qadınlar çıxış edərək vurğuladılar ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi –şovinistlələrin davamlı olaraq etnik təmizləmə soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycanlılar öz tarixi torpaqlarından qovulmuş qaçqın məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Bu kütləvi və amansız qırğın aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla təkcə azərbaycanlılara qarşı deyil bütövlükdə insanlıq əleyhinə törədilmiş qəddar cinayət aktıdır.Onlar bildirdilər ki, Bu il Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq qələbə əhval-ruhiyyəsi ilə qeyd edilir. Qaçqın, köçkün sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur. İşğaldan azad olunmuş torpaqlarımıza əsl sahiblərinin köçü başlanır. 30 ilə yaxın doğmalarının taleyindən narahat olan Xocalı qurbanlarının ruhları rahatlıq tapır. Şəhidlərimizin xatirəsi sevinc göz yaşları ilə yad edilir.

aia.az









Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024