Mobil versiya
Azərbaycan Milli Elmlər Akademiyası da əməkdaşlarının vaksinasiya edilməsində fəal iştirak edir
Tarix: 24-02-2021 | Saat: 12:16
Bölmə:Səhiyyə | çapa göndər

Azərbaycan Milli Elmlər Akademiyası da əməkdaşlarının vaksinasiya edilməsində fəal iştirak edir


COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. ÜST 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir. Bu virusdan Azərbaycan da kənarda qala bilməmişdir.

2020-ci ilin əvvəllərindən Azərbaycanda bu virusa qarşı qabaqlayıcı tədbirlər görülməsinə baxmayaraq tez bir zamanda vətənimizdə də bu virusa yoluxan, ondan əziyyət çəkən minlərlə insan oldu və bu virus Azərbaycanda da pandemiya səviyyəinə qalxdı. Belə bir dönəmdə dünya ölkələrinin də qarşısında duran əsas vəzifə virusa qarşı peyvəndi aşkar etmək idi. Bir sıra ölkələrdə yeni hazırlanmış vaksinlərin müxtəlif kliniki sınaq mərhələləri istiqamətində müşahidələr aparılmış və öz müsbət nəticəsini vermişdir. Azərbaycana da artıq bir neçə aydır ki, bu peyvənd gətirilib və artıq əhalinin vaksinasiyasına başlanılıb. Vaksinin Azərbaycana gətirilməsində əsas məqsəd hazırda geniş yayılmış COVİD-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaqdır.

Bu tədbirlərdən irəli gələrək Azərbaycan Milli Elmlər Akademiyası da əməkdaşlarının vaksinasiya edilməsində fəal iştirak edir. Belə ki, “TƏBİB”-in Cəlil Məmmədquluzadə ünvanında yerləşən modul tipli xəstəxanasında 23 fevral 2021-ci il tarixində yaşı 65-dən yuxarı olan akademiya əməkdaşlarının vaksinasiyası həyata keçirilmişdir. 400-dən artıq əməkdaşımız peyvənd olunmuş və heç bir əks göstərişlə rastlaşmamışdılar. Tibbi personalın peşəkarlığını və pasiyentlərə qarşı diqqətliliyini xüsusilə qeyd etmək olar. Peyvəndləmə iki mərhələdən ibarət olduğu üçün əməkdaşlar bir neçə müddətdən sonra yenidən virus əleyhinə peyvənd olunacaqlar.






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024