Mobil versiya
Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır
Tarix: 24-02-2021 | Saat: 09:00
Bölmə:Gündəm | çapa göndər

Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələr üçün strateji planlar hazırlanır


Azərbaycanın azad edilmiş ərazilərində "ağıllı" layihələrin reallaşdırılmasında 5G texnologiyalarına üstünlük verilir.

Bunu Trend-ə müsahibəsində Azərbaycan İnnovasiyalar Agentliyinin əlaqələndiricisi Elman Kərimli deyib.

Onun sözlərinə görə, 5G texnologiyası ilkin olaraq "Smart City" və "Smart Village" kimi iri layihələr üçün hazırlanıb:

"4G antenlərində fərqli olaraq 5G antenaları kiçikdir və modemə bənzəyir. Bu texnologiyanın quraşdırılması asandır, sürəti isə dəfələrlə yüksəkdir. Fikrimcə, simsiz internetin siqnalının alınmasında qüsurların qeydə alınacağı bəzi ucqar yerlərdə kabel internet bağlantısı zəruridir. "Ağıllı" layihələrin böyük əksəriyyəti 5G texnologiyalarına əsaslanacaq".

E.Kərimli bildirib ki, bu layihələrin icrasını alternativ enerji ilə başlamaq lazımdır:

"Layihələrin bu enerji növləri vasitəsilə reallaşdırılması həmin regionun ətraf mühiti üçün daha təhlükəsizdir".

O bildirib ki, regionda dövlət sektorunun, kiçik və orta biznes sektorunun fəaliyyətinin avtomatlaşdırılması üzrə strateji planlar hazırlanımiş Azərbaycan İnnovasiyalar Agentliyinin nümayəndəsi əlavə edib ki, bu layihələrin reallaşdırılmasının əsas ideyası problemlərin həllindən, təbii ehtiyatlara və dövlət vəsaitlərinə qənaət olunmasından ibarətdir:

"Kənd təsərrüfatının avtomatlaşdırılması ilə yanaşı, bu ərazilərdə turizm sektorunun elektronlaşdırılması da zəruridir. Bu regiona səfər edən turistlər elektron kartlar əsasında onlar üçün daha çox maraq kəsb edən yerlərdə hərəkət edə bilər".
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024