Mobil versiya
İlqar İlyasov: Şəhid ailələrinə və qazilərə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır
Tarix: 23-02-2021 | Saat: 18:03
Bölmə:Manşet / Siyasət | çapa göndər

İlqar İlyasov: Şəhid ailələrinə və qazilərə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır


“44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan dövlətinin qüdrətini, ordumuzun gücünü bir daha göstərdi”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib.

İ.İlyasov bildirib ki, Azərbaycanda şəhid ailələrinə və qazilərə yüksək dövlət qayğısı davamlı xarakter daşıyır: “Dövlət başçımız şəhid ailələrinin və qazilərin sosial müdafiəsini, ümumilikdə bütün qayğılarını şəxsən diqqətdə saxlayır, bu istiqamətdə Fərman və sərəncamlar imzalayır. Prezident İlham Əliyevin son bir neçə ay ərzində imzaladığı müvafiq sənədlər əsasında şəhid ailələrinin Prezident təqaüdü 500, 1-ci qrup müharibə əlillərinin təqaüdü 400, 2-ci qrup müharibə əlillərinin təqaüdü 350, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər artırılıb. Eləcə də Milli Qəhrəmanlarımızın təqaüdləri 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı”na Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olunub. Yeni təqaüdün məbləği 2000 manat həcmində müəyyənləşdirilib. Təqaüdlərin artırılması 100 minədək insana şamil ediləcək”.

“Bütün qeyd edilənlər Azərbaycan dövlətinin apardığı siyasətin mühüm istiqamətlərindəndir. Ümumiyyətlə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir”, - deyə İ.İlyasov qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024