Mobil versiya
“Bölgədə sülh və inkişaf üçün tarixi fürsət yaranıb” - XİN rəhbəri
Tarix: 23-02-2021 | Saat: 16:37
Bölmə:Karusel / Media | çapa göndər

“Bölgədə sülh və inkişaf üçün tarixi fürsət yaranıb” -


Vətən müharibəsini qazanan can Azərbaycanı bir daha təbrik edirəm. Bölgədə davamlı sülh və inkişaf üçün tarixi fürsət var.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu türkmənistanlı həmkarı Rəşid Meredovla birgə mətbuat konfransında deyib.

O bildirib ki, bölgədəki inkişafdan ən çox Ermənistan və erməni xalqı qazanacaq.

"Əgər Ermənistan sülh yolunu seçsə, Azərbaycanla koordinasiyalı şəkildə buna cavab verəcəyik. Azərbaycanın 30 il işğalda olan 7 rayonu dağıdılıb, onların inşası, tarixi-mədəni abidlərin, məscidlərin yenidən bərpası üçün Azərbaycan hökuməti çalışır.

Biz türk dünyası olaraq indiyədək Azərbaycanın yanında olduğumuz kimi, bölgənin inkişafı, yenidən qurulmasında, sabitliyin, hüzurun olmasında bundan sonra da əlimizdən gələni edəcəyik.

Həm üçtərəfli formatda, həm Türk Şurası çərçivəsində bunu edirik. Azərbaycan liderinin bölgədə əməkdaşlıq üçün 3+3 formatında təşəbbüsü var. Gürcüstanı da bura cəlb etmək üçün səylərimiz davam edir. Düşünürəm ki, Gürcüstan da bu təşəbbüsə qatılacaq".

Çavuşoğlu əlavə edib ki, bölgədə sülh və barış olduqdan sonra layihələrin həyata keçirlməsi daha da sürətlənəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024