Mobil versiya
İrəvanda aksiya gözlənilir: Polis hökumət binasını nəzarətə götürdü
Tarix: 23-02-2021 | Saat: 11:55
Bölmə:Dünya | çapa göndər

İrəvanda aksiya gözlənilir:


İrəvanda Respublika meydanı və hökumət binası qarşısına çox sayda polis cəlb olunub.

Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, buna səbəb müxalifətin binaya girişi blioklamağa çalışmasıdır.

"ARF Daşnaksütyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan daha əvvəl bildirmişdi ki, müxalifət baş nazir Nikol Paşinyanın gəlişindən əvvəl hökumət binasını bloklamağa çalışacaq.

Onun sözlərinə görə, 23 fevral saat 11:30-da Paşinyan 3 saylı hökumət binasına gəlməlidir. Müxalifət onun qarşısını almağa hazırlaşır.

Bu səbəbdən polislər səhər saatlarından əraziyə gətirilib. Məlumata görə, bəzi binalara snayperlər də yerləşdirilib. Bütün giriş-çıxışlar bağlanıb, polis işçilərindən başqa əraziyə heç kimi buraxılmır. Müxalifətçilərin özləri hələ əraziyə gəlməyiblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024