Mobil versiya
Cənubi Koreyada son bir gündə quş qripinin dörd yeni ocağı aşkarlanıb
Tarix: 28-01-2021 | Saat: 10:45
Bölmə:Dünya | çapa göndər

Cənubi Koreyada son bir gündə quş qripinin dörd yeni ocağı aşkarlanıb


Koreya Respublikasında yüksək patogenli H5N8 quş qripi epidemiyasının azı 77 ocağı müəyyən edilib.

TASS-ın məlumatına görə, bu barədə ölkənin Qida, Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi tərəfindən elan edilib.

Bildirilir ki, ötən gün Kyonqido vilayətində Poçxoq, Phadju, İçxon və Anson şəhərlərində dörd ocaq aşkarlanıb. Beləliklə, keçən ilin noyabrından bu yana Kyonqidoda təhlükəli xəstəliyin 24, Çolla-Namdo və Çolla Punkto vilayətlərinin hər birində 14 ocağı təsdiqlənib.

Profilaktik məqsədlə infeksiya ocaqlarından 3 km radiusda ümumilikdə 23 milyon quş məhv edilib.

Toyuq yumurtasının pərakəndə satış qiymətləri son bir həftə ərzində keçən ilin eyni dövrünə nisbətən 27,7% artıb. Toyuq əti 14,6%, ördək əti 33,9% bahalaşıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024