Mobil versiya
Rusiya hərbçiləri Qarabağda atəşkəsə nəzarət üçün ortaq Rusiya-Türkiyə mərkəzində işə hazırlaşırlar
Tarix: 27-01-2021 | Saat: 10:00
Bölmə:Manşet / Gündəm | çapa göndər

Rusiya hərbçiləri Qarabağda atəşkəsə nəzarət üçün ortaq Rusiya-Türkiyə mərkəzində işə hazırlaşırlar


Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə ortaq mərkəzinin tərkibində olacaq rus hərbçilər, atəşkəs rejiminə birgə nəzarət vəzifələrini yerinə yetirmək üçün hazırlıq keçirlər və Azərbaycan Respublikasının ərazisinə getməyə hazırlaşırlar.

Trend bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Təlim zamanı hərbi qulluqçular Birgə Mərkəzin quruluşunu, məqsədini, vəzifələrini və funksiyalarını, işin təşkili qaydasını öyrənirlər.

Rusiya və Türkiyə tərəfdən paritet əsasda təmsil olunan Birgə Mərkəzin şəxsi heyəti atəşkəsə pilotsuz uçan aparatlardan istifadə etməklə nəzarət vəzifələrini yerinə yetirəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024