Mobil versiya
Masazırda gizli işləyən kafe aşkarlandı, 10 nəfər saxlanıldı - FOTO
Tarix: 21-01-2021 | Saat: 10:53
Bölmə:Cəmiyyət | çapa göndər

Masazırda gizli işləyən kafe aşkarlandı, 10 nəfər saxlanıldı


Abşeron Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Masazır qəsəbəsi ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən "Şəki" kafesini aşkarlayıblar.

DİN Mətbuat Xidmətindən aia.az-a verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb.

Ora baxış zamanı kafenin sahibi Rövşən Nəbiyev və daha 9 müştəri saxlanılaraq Polis İdsrəsinə gətirilib.Müştərilər barəsində inzibati qaydada tədbirlər görülərək hər biri 200 manat məbləğində cərimə ediliblər. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb. Kafenin sahibinin qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar isə məhkəməyə göndərilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024