Mobil versiya
Quantanamo bağlana bilər: İşgəncələri ilə məşhur həbsxananın taleyi yenə müzakirə olunur
Tarix: 21-01-2021 | Saat: 09:50
Bölmə:Karusel / Dünya | çapa göndər

Quantanamo bağlana bilər:


Pentaqon rəhbəri vəzifəsinə namizəd istefada olan amerikalı general Lloyd Ostin Quantanamo həbsxanasını bağlamağın lazım olduğunu açıqlayıb.

TASS-ın məlumatına görə, o, bu mövqeyini Senatın Silahlı Qüvvələr Komitəsi üzvlərinin suallarını cavablandırarkən dilə gətirib.

“Hesab edirəm ki, Quantanamonun qapılarını bağlamağın zamanı gəldi”, - deyə Ostin bildirib.

O, bu vəzifəyə gələcəyi təqdirdə, həbsxanada qalan 40 nəfərlə bağlı əlavə fəaliyyət planı hazırlayacağına vəd verib.

Təqaüdçü generalın fikrincə, Pentaqon onlara hüquqi yardım və insani münasibət göstərməlidir. Bundan əlavə, o, ABŞ-ın yeni rəhbərliyinin həbsxanaya yeni insanlar göndərmək fikrində olmadığını deyərək, həbsxananı bağlamağa çalışacağını söyləyib.

Quantanamo həbsxanası - ABŞ hakimiyyəti tərəfindən əsasən müxtəlif cinayətlərdə, terrorizmdə və düşmən tərəfdə döyüşməkdə şübhəli bilinən şəxslər üçün düşərgədir. Müəssisə Kubanın Quantanamo Körfəzində daimi olaraq icarəyə götürülmüş dəniz bazasında yerləşir.

Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edən və terror şübhəlilərinin dindirilməsi üçün proqramın həmmüəliflərindən biri psixoloq Xeyms Mitçel ötən il sözügedən həbxanada işgəncələr barədə ictimaiyyətə məlumat vermişdi.

Onun sözlərinə görə, məhkumlara qarşı su işgəncəsi, çox kiçik bir qutuya yerləşdirilmə (bəzən böcəklərlə dolu), döyülmə kimi işgəncələr verilib. Bu metodlar 2002-ci ilin iyul ayında Kiçik Corc Buş rəhbərliyi altında ABŞ Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilib.

2009-cu ildə ABŞ-ın o zamankı prezidenti Barak Obama həbsxananın ləğvi haqqında əmr imzalamışdı. Düşərgə bir il ərzində bağlanmalı idi, lakin qərar yerinə yetirilmədi.

2018-ci ilin əvvəlində ABŞ Prezidenti Donald Tramp Quantanamodakı hərbi həbsxananın qorunub saxlanılması barədə göstəriş verdi.(oxu.az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024