Mobil versiya
Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb
Tarix: 20-01-2021 | Saat: 16:29
Bölmə:Cəmiyyət | çapa göndər

Vətən müharibəsində iştirak edən 2 777 şəxsin müraciətinə baxılıb


Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən komissiyaya yanvarın 11-dən 19-dək 2 777 vətəndaş müraciət edib, onların müraciətlərinin həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Komissiyanın Gəncə şəhəri, Füzuli rayonu və Pirəkəşkül qəsəbəsində fəaliyyət göstərən səyyar qrupları tərəfindən isə bu günədək 666 vətəndaşın müraciətinə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, bu günədək komissiya və onun bütün səyyar qrupları tərəfindən vətəndaşların ümumilikdə 643 müraciəti yerində həll olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024