Mobil versiya
DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb
Tarix: 20-01-2021 | Saat: 12:43
Bölmə:Cəmiyyət | çapa göndər

DTX kollegiya üzvləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıb


Qanlı 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) kollegiya üzvləri Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzmüş, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.

Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının da əziz xatirəsi yad edilmiş, məzarları üzərinə gül dəstələri qoyulmuşdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024