Mobil versiya
Ağsaqqallar şəhidlərin məzarını ziyarət ediblər - FOTOLAR
Tarix: 19-01-2021 | Saat: 15:39
Bölmə:Gündəm | çapa göndər

Ağsaqqallar şəhidlərin məzarını ziyarət ediblər -


Bu gün Azərbaycan Ağsaqqllar Şurasının sədri, millət vəkili Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili Əhliman Əmiraslanov, sədr müavinləri – millət vəkili Eldar İbrahimov, Bayram Yusifov, Vahid Novruzov, həmçinin təşkilatın Aparat rəhbəri Ramin Həsənli və digər rəsmi şəxsləri 20 Yanvar hadisələrinin 31-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına gedərək ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə gül dəstələri qoyublar.

Modern.az xəbər verir ki, ziyarət zamanı 20 Yanvarı Azərbaycanın müstəqillik tarixinin faciəli və eyni zamanda ən şanlı günlərindən biri kimi dəyərləndirən Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyev ümummilli lider Heydər Əliyevin hadisələrdən dərhal sonra imperiyanın mərkəzində - Moskvada bu cinayətə etiraz edərək öz xalqı ilə həmrəylik nümayiş etdirdiyini və xalqımızın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində mühüm addımlar atdığını vurğulayıb. Eldar müəllim, həmçinin, qeyd edib ki, bu gün bütün şəhidlərimizin ruhu şaddır, çünki müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan Ordusu doğma, əzəli və əbədi torpaqlarımızı, Qarabağımızı işğaldan azad edib.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024