Mobil versiya
Zəfər muzeyi fondunun yaradılmasına dəstək üçün ictimaiyyətə müraciət edildi
Tarix: 18-01-2021 | Saat: 17:33
Bölmə:Gündəm | çapa göndər

Zəfər muzeyi fondunun yaradılmasına dəstək üçün ictimaiyyətə müraciət edildi


Mədəniyyət Nazirliyi Zəfər muzeyinin fondunun yaradılmasına dəstəyin göstərilməsi ilə bağlı ictimaiyyətə müraciət edib.

aia.az-ın məlumatına görə, müraciətdə qeyd edilir ki, Azərbaycan Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılacaqdır:

"Mədəniyyət Nazirliyi hər kəsi Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırır!

Fondun təşkil edilməsi məqsədilə Vətən müharibəsində iştirak etmiş hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyaları olan vətəndaşlarımızdan 18 yanvar 2021-ci il tarixindən başlayaraq həmin nümunələri, pandemiya ilə əlaqədar tətbiq olunan sanitar-epidemioloji və karantin qaydalarına riayət etməklə, Azərbaycan İstiqlal Muzeyinə təhvil verilməsini xahiş edirik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə