Mobil versiya
Azərbaycan 4 milyon doza vaksin alıb
Tarix: 16-01-2021 | Saat: 12:58
Bölmə:Səhiyyə | çapa göndər

Azərbaycan 4 milyon doza vaksin alıb

"Biz 2 milyon insan üçün 4 milyon vaksin almışıq".

Bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov qeyd edib ki, vaksin bir insana iki dozada vurulacaq:

"Sinovac şirkətinin regional nümayəndəsi vasitəsilə 4 milyon doza almışıq. Azərbaycana hələ bunun az bir hissəsi gətirilib. İstehsal edildikcə qalanları da gətiriləcək".

Onun sözlərinə görə, çoxtərəfli platformada əhalinin 10 faizi, yəni 1 milyon adam üçün 2 milyon doza alınması ilə bağlı müqavilə imzalanıb:

"Əlavə olaraq 10 faiz də artırmaq imkanımız var.

Eyni zamanda yoluxub sağalan insanlara vakain vurulmayacaq, çünki onlarda artıq immunitet var. Beləliklə, növbəti aylarda yoluxub sağalanların olacağını nəzərə alsaq, ehtimal edirik ki, bu bizə kifayət edəcək".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024