Mobil versiya
Salyan – meliorativ tədbirlər günün tələblərinə uyğun şəkildə həyata keçirilir
Tarix: 15-01-2021 | Saat: 10:30
Bölmə:Media | çapa göndər

Salyan – meliorativ tədbirlər günün tələblərinə uyğun şəkildə həyata keçirilir


Azər İsmayılovun rəhbərlik etdiyi Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsinin əməkdaşları əkin sahələrini suvarma suyu ilə vaxtında təmin etmək üçün tələb olunan bütün tədbirləri böyük diqqət və məsuliyyətlə həyata keçirirlər.

Məlumdur ki, Muğan zonasında aqrar sahənin inkişafı üçün ən vacib şərtlərdən biri, bəlkə də birincisi su-meliorasiya tədbirlərinin səmərəli təşkil olunmasıdır. Pambıqçılığın inkişaf etdiyi bu regionda on minlərlə hektardan artıq əkin sahələrinin suvarılması işlərinin həyata keçirilməsi əlbəttə ki, böyük zəhmət və məsuliyyət tələb edən bir işdir. Əlbəttə ki, bu işlərin yüksək keyfiyyətlə həyata keçirilməsində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin struktur bölmələrindən biri olan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsinin kollektivinin də böyük zəhməti var.

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Meliorasiya və Su Təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” 23 fevral 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin əsasında yaradılmışdır. Üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirmək üçün ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. Bunlardan Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Suvarma sistemləri idarələri, Kollektorların istismar idarələri, Meşə meliorasiya idarələri, Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Meliorasiya idarələri, Mexaniki suvarma idarələri, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri, Subartezian quyularının istismarı idarələri, Melioservis idarələri və bir çox digər ixtisaslaşmış idarələr bilavasitə yerlərdə suvarılan torpaqların su ilə təminatı funksiyalarını həyata keçirirlər. O cümlədən ASC-nin tərkibində fəaliyyət göstərən 13 hidroqovşağ, su anbarları və kanallarının istismar idarələri də kifayət qədər böyük həcmdə işlər həyata keçirməklə əkin torpaqlarının suvarma suyu ilə təminatı məsələsinin həllində əhəmiyyətli mövqeyləri tuturlar. Bundan başqa, magistral kanalların istismarı idarələri su qəbuledicilər vasitəsi ilə su mənbələrindən qəbul edilən suları ayrı-ayrı rayonlara xidmət edən paylayıcı kanallara verilməsini həyata keçirir, kanal və onun üzərindəki əlaqələndirici, nizamlayıcı və su tullayıcı qurğuların təmir və bərpası ilə məşğul olur. Göründüyü kimi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin fəaliyyəti həqiqətən də çoxşaxəlidir və kifayət qədər mürəkkəb əməliyyat və prosedurların mütəmadi olaraq həyata keçirilməsini tələb edir.


ASC-nin yuxarıda qeyd etdiyimiz funksiyalarını icra edən struktur bölmələrindən biri də Azər İsmayılovun rəhbərlik etdiyi Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsidir. Vurğulamaq istərdik ki, Salyan şəhərində yerləşən bu idarənin göstərdiyi xidmətlərdən onun əhatə dairəsində fəaliyyət göstərən bütün fermerlər, şəxsi təsərrüfat rəhbərləri və ümumiyyətlə su istifadəçiləri razılıq edirlər. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, idarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin hər zaman saz vəziyyətdə saxlanması daim diqqət mərkəzindədir. Çünki idarənin özünün də fəaliyyət səmərəliliyini yalnız bu yolla təmin etmək olar. Həmçinin idarənin işi ilə bağlı təqdim olunan açıqlamalarda bildirilir ki, torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir, suvarma sistemlərinin lildən təmizlənmə işləri görülür.


Birmənalı olaraq demək lazımdır ki, bu gün Azər İsmayılovun rəhbərlik etdiyi Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsinin kollektivi tərəfindən mövcud su ehtiyatlarından daha səmərəli istifadə olunması, əkinlərin vaxtında suvarılması işi yüksək peşəkarlıqla təmin edilir. Redaksiyamıza bu xüsusda daxil olan açıqlamalarda da vurğulanır ki, idarə öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə idarənin kollektivi rayonda böyük ərazilərdə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərməklə, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.
Lakin bütün bunlara rəğmən bu gün təəssüflər olsun ki, bəzi informasiya saytlarında Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarәsinin rəhbərliyinə qarşı qərəzli xarakter daşıyan, kollektivin işinə kölgə salmağa hesablanmış yazılar da dərc olunur. Bunu nəzərə alaraq bəzi həmkarlarımıza tövsiyyə edərdik ki, bu səpkidə yazıları təqdim olunan materiallar ətrafında araşdırma aparılmadan dərc etməkdən çəkinsinlər. Çünki istənilən məsələyə obyektiv və ədalətli yanaşma hər bir jurnalistin vəzifə borcudur.

Abbas Abbasov
Elburus Bağırov

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024