Mobil versiya
Ermənilər təşviş içində: Bu foto ölkəni qorxuya saldı
Tarix: 15-01-2021 | Saat: 11:12
Bölmə:Karusel / Media | çapa göndər

Ermənilər təşviş içində:


Erməni ictimai fəal Narek Samsonyanın sosial şəbəkələrdə paylaşdığı foto ölkəsində təşvişə səbəb olub.

Azvision.az-ın məlumatına görə, o, NATO hərbi geyimində olan bir nəfərin və yanında dayanmış erməni polisinin əks olunduğu fotonu paylaşaraq iddia edib ki, Azərbaycan hərbçiləri artıq Ermənistandakı marketlərdən alış-veriş edirlər. Onları isə erməni polislər və Müdafiə Nazirliyinin işçiləri müşayiət edib.

Fotodakı şəxsin guya azərbaycanlı olması erməni aktivistin ehtimalıdır.

Xatırladaq ki, bir ay öncə də İrəvanın mərkəzində Azərbaycan XTQ-nin hərbi geyimlərinə bənzər formalarda dayanan erməni hərbçilər sakinlər arasında çaşqınlıq yaratmışdılar. Belə NATO stilində olan geyim formaları erməni hərbçilərinin ənənəvi hərbi geyimi olmadığı üçün İrəvanda zaman-zaman buna bənzər təşviş yaradan hallar yaşanır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə