Mobil versiya
250 Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunur
Tarix: 15-01-2021 | Saat: 10:39
Bölmə:Gündəm | çapa göndər

250 Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunur


Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşının təxliyəsi həyata keçirilir.

Trend-in məlumatına görə, koronavirus testləri neqativ çıxan Azərbaycan vətəndaşlarının bu gün ölkəyə taxliyəsi həyata keçirilir. Hazırda həmin şəxslər Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında toplaşıb. Burada onlar rəsmi şəxslərin müşayiəti ilə ölkəyə keçəcəklər.

Azərbaycana keçən şəxslərin bir gün ərzində ünvanlarına çatmaq üçün sərbəst hərəkət etmə imkanı da yaradılır.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstandan 2000 nəfərədək Azərbaycan vətəndaşının təxliyəsini həyata keçirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə