Mobil versiya
"Əlacı olsa, lüt gəzər"
Tarix: 14-01-2021 | Saat: 19:30
Bölmə:Şou-biznes | çapa göndər

"Əlacı olsa, lüt gəzər"

AİA.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni-bəstəkar hacı Nazim Məmmədov "Xəbər-ətər" proqramında deyib. Sənətçi pandemiyadan və şou-biznesdə baş verənlərdən danışıb:

"Əvvəl hit olan mahnıların proqnozunu verə bilirdin. İndi yoxdur. İnsanların zövqü qarışıqdır, dəyişikdir. Milyonlarla dinləyicisi olan mahnıların orientasiyası başqadır".

Nazim Türkiyədə və Azərbaycanda olan konsertləri müqayisə edib:

"Sibel Canın Antalyada və Azərbaycanda konsertində olmuşam. Tamaşaçı fərqlidir deyə, həmin enerji yoxdur. Kompleksli millətik. Mehribanıq, qonaqpərvərik, kreativik, amma komplekslərimiz var: əmim gördü, dayım baxdı, ağ geyindin. İstanbula gedəndə adam istəyir şortikini elə hava limanında geyinəsən. Çünki azad olursan, söz atan yoxdur. İnsan özgür olmaq istəyir. Adamın əlacı olsa, lüt gəzər. Bu həyatı rahat gəzmək, yaşamaq istəyirəm: niyə belə oldun, filankəsin qızın aldın kimi hallar istəmirəm. Pul qazanmaq hamıya lazımdır. Amma sənətçiyə ilk alqış lazımdır".

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə