Mobil versiya
Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin onlayn iclası keçirilib - FOTOLAR
Tarix: 02-12-2020 | Saat: 15:57
Bölmə:Manşet / Gündəm | çapa göndər

Ümumhəmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin onlayn iclası keçirilib



Dekabrın 1-də Moskvada Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovun sədrliyi ilə ÜHİK-in iclası ZOOM platforması vasitəsi ilə keçirilib.

İcraiyyə Komitəsinin iclasında Azərbaycan Həmkarlar İtiifaqları Konfederasiyasını (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev və Şuranın AHİK-dən olan üzvləri iştirak ediblər.

Konfederasiya sədri "Ümumhəmkarlar İttifaqları Konfederasiyasına üzv təşkilatların 2020-ci ildə dövlətlərində sosial-iqtisadi vəziyyət və həmkarlar ittifaqlarının mövqeləri" mövzusnda çıxış edib.

Sədr bildirib ki, dünyadakı qəzəbli pandemiya ölkələrimizin iqtisadiyyatına ciddi mənfi təsirlər göstərdi. Azərbaycanın bu cəbhədə mübarizəsini digər dövlətlərlə müqayisədə daha gərgin səciyyələndirmək olardı. Beynəlxalq aləmin də bildiyi kimi sentyabrın 27-dən etibarən qonşu Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə qarşı təcavüzkar həmlələri başladı. Bunların nəticəsində nəinki düşmən hücumlarını dəf etmək, həm də əvvəllər işğal olunmuş Dağlıq Qarabağ ərazilərini geri qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü bərpasını Və BMT-nin ən vacib qətnamələrinin icrasını təmin etmək mümkün oldu: “Bütün bunlar təbii olaraq ölkənin iqtisadi inkişafına mənfi təsir göstərməyə bilməzdi. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında Azərbaycanın Ümumi Məhsulu ötən ilin eyni dövrü ilə müqayisədə 3,8% az təşkil etmiş oldu. Bu dövrdə neft və qaz sektorunda istehsal 6,3%, qeyri-neft sektorunda isə 2,3% azalma müşahidə olundu. Bu ilin yanvar-oktyabr dövrləri üçün 11,5 milyard manat əsas kapitala investisiya qoyulub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 2,1% azdır. Əhalinin sağlamlığını və təhlükəsizliyini təmin etmək üçün nəqliyyat da daxil olmaqla iqtisadiyyatın bir sıra sahələrində xüsusi karantin rejimi tətbiq edildi, bu da yük və sərnişin axınının azalmasına səbəb oldu.

Bu göstəricilərlə yanaşı bəzi sahələrdə uğurların olduğunu diqqətə çatdıran AHİK sədri qeyd edib ki, bu ilin 10 ayında kənd təsərrüfatı məhsulları 1,6%, o cümlədən bitkiçilikdə 0,2%, heyvandarlıqda 3,0% artım qeydə alınıb:

“Təhlil olunan dövr üçün inflyasiya 102,8% təşkil edib.Yuxarıda göstərilən çətinliklərə baxmayaraq, dövlət büdcəsinin gəlirləri 4,8%, xərcləri isə 12,3%, nominal əmək haqqı 17,1% artıb. Beləliklə, əminliklə deyə bilərik ki, həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində iqtisadi artım templərinin aşağı düşməsinin qarşısını almaq mümkün olub. Bundan başqa, düdcə işçilərinin əsassız ixtisar və işdən çıxarılmalarının qarşısının alınması istiaqamtində ciddi tədbirlər görülüb, məzuniyyətə göndərilən işçilərin maaşlarının qorunması üçün tədbirlər davam etdirilir. Ölkədəki məşğulluğun saxlanması istiqamətində ölkə Prezidentinin göstərişi ilə bütün işsizlərə yaşayış minimumu - 190 manat məbləğində vəsait ayrıldı ki, bu da 600 min insanı əhatə etdi”.

Səttar Möhbalıyev xüsusi olaraq vurğulayıb ki, sosial tərəfdaşlıq prinsiplərindən istifadə olunmasaydı, bütün tədbirlərin həyata keçirilməsi belə müsbət nəticələr verməzdi. Bütün sosial tərəfdaşların marağını əsas götürərək İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası işçilərin əsassız ixtisarı və işdən çıxarılmasının yolverilməzliyi ilə bağlı birgə müraciət hazırlayaraq bütün işəgötürənlərə ünvanlayıb.

AHİK sədri qeyd etdi ki, Azərbaycan həmkarlar ittifaqları da pandemiyanın nəticələrini azaltmaq üçün tədbirlərin həyata keçirilməsində iştirakdan kənarda qalmadı. AHİK COVİD-19 pandemiyası ilə mübarizə tədbirlərinin başlandığı ilk günlərdən etibarən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250.000 manat, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinə 105 min manat vəsait ianə edib, 45000-dən çox aztəminatlı ailəyə ərzaq sovqatları paylayıb, koronavirus xəstələrinin müalicəsində iştirak edən səhiyyə işçilərin ailələri xüsusi diqqətdə saxlayıb. Ümumiyyətlə, respublikanın həmkarlar ittifaqı təşkilatları koronavirusla mübarizə tədbirlərinə dəstək çərçivəsində 5. 372.588 manat vəsait xərcləyib.

Səttar Möhbalıyev sonda işğalçı Ermənistan silahlı qüvvələrinin terror əməllərindən söz açaraq, onların dinc azərbaycanlılara, müharibədən kənar ərazilərimizə raket hücumları ilə bağlı geniş bilgilər verib, müxtəliv kənd, qəsəbə və şəhərlərimizdə sivil əhalinin qətlə yetirildiyini, mülki və inzibati binalrın dağılıdığını faktlarla diqqətə çatdırıb. AHİK sədri onu da bildirib ki, 28 ilin işğalçılıq faktına son qoyulması məqsədi ilə Azərbaycan Prezidentinin rəhbərliyi altında düşmənin əks hücumlarının qarşısı qətiyyələ alınıb, onlar Azərbaycanın əzəli və əbədi torpaqlarından tam olaraq çıxıarılıblar: “Qarşımızda ölkə başısının müvafiq tapşırıqları əsasında işğaldan azad olunan ərazilərimizdə çox sayda bərpa işləri görüləcək. Artıq bu yöndə güniş fəaliyyətə başlanılıb. Biz də həmkarlar ittifaqları olaraq bu tədbirlərdə yaxından iştirak edəcəyik”.

ÜHİK İcraiyyə Komitəsinin onlayn iclasında AHİK sədrinin I müavini İlyas Əliyev, müavini Aqil Dadaşov və AHİK-in Katibi-Aparat rəhbəri Həsən Cəfərov da iştirak ediblər.

aia.az










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024