Mobil versiya
Sakit Məmmədov: “Ali Baş Komandan ən parlaq tarixi qələbəyə imza atdı”
Tarix: 02-12-2020 | Saat: 15:42
Bölmə:Gündəm | çapa göndər

Sakit Məmmədov: “Ali Baş Komandan ən parlaq tarixi qələbəyə imza atdı”




“Azərbaycan Prezidenti hər zaman düşünülmüş, əsaslı bəyanatlar verib və daima hər kəlməsinin arxasında durub. Məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqaz regionunda lider dövlətə çevrilib və bu gün Şanlı Ordumuzun tarixi qələbəsi ilə öz liderliyini bir daha təsdiq edib” – bu sözləri saytımıza verdiyi müsahibəsində 15 saylı Regional Xəzinədarlıq İdarəsinin sektor müdiri Sakit Məmmədov deyib.

Əməkdaşımızın suallarını cavablandıran Sakit Məmmədov ilk növbədə bu tarixi qələbəmizin əsas müəllifinin Ölkə Prezidenti cənab İlham Əliyev olduğunu vurğulayaraq bunları deyib: “Birmənalı olaraq deməliyəm ki, Ali Baş Komandan cənab İlham Əliyev xalqımızın bu tarixi qələbəsinin bazasını uzun illər boyunca göstərdiyi fədakar fəaliyyəti və gərgin səyləri hesabına yaratmışdır. Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən möhtərəm Ölkə Prezidentimiz istər respublika daxilində, istərsə də xarici görüş və tədbirlərdə etdiyi bütün çıxışlarında daim bəyan edirdi ki, Azərbaycan öz torpaqlarını gec-tez azad edəcək və biz buna istənilən yolla nail olcağıq. Bilirik ki, hətta bütün dünya ölkələri bir ağızdan Azərbaycan – Ermənistan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını iddia etdiyi bir vaxtda da dövlətimizin başçısı belə bir variantın da mümkün olduğunu bəyan edirdi. Azərbaycan Prezidenti hər zaman düşünülmüş, əsaslı bəyanatlar verib və daima hər kəlməsinin arxasında durub. Məhz buna görə də dövlətimizin başçısı cənab İlham Əliyev bütün hakimiyyəti dövründə yürütdüyü daxili və xarici siyasəti məhz bu məqsədlərə yönəldib. Nəticədə bu gün Azərbaycan sürətlə inkişaf edən iqtisadiyyata və güclü orduya sahib olub. Məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib, dostlarımızın sayı artıb. Bütün bunlar Azərbaycanı Cənubi Qafqaz regionunda lider dövlətə çevirdi və bu gün Şanlı Ordumuzun tarixi qələbəsi ilə öz liderliyini bir daha təsdiq etdi.”

Həmçinin öz müsahibəsində sektor müdiri Azərbaycan Ordusunun şücaətini də xüsusi olaraq qeyd etmişdir: “Artıq bütün dünya gördü ki, Azərbaycanın bu gün ən müasir silah və texnika ilə təchiz olunmuş qüdrətli ordusu, bu ordunu ən böyük qələbələrə apara biləcək Müzəffər Ali Baş Komandanı və öz Prezidentinin ətrafında sıx birləşmiş məğrur və yenilməz xalqı var. Təbii ki, belə bir şəraitdə qələbə bizim olmalı idi və oldu da. Bu artıq yetişmiş tarixi zərurət idi. Ermənilərin 5 ilə yaxın müddət ərzində işğal etdikləri torpaqları Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə azad etdi. Azərbaycanın tam və qəti qələbəsi təmin olundu. Azərbaycan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarını azad etməklə beynəlxalq nüfuzunu bir qədər də yüksəltdi və bundan sonra da ölkəmizə qarşı heç bir aqressiyaya yol verməmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirdi.”

Daha sonra Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara etdikləri səfərin əhəmiyyətindən danışan Sakit Məmmədov bunları dedi: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabr ayının 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, həmçinin noyabrın 23-də Ağdam şəhərinə etdikləri tarixi səfərlər, xalqımızın yaşadığı qələbə sevincini daha da artırdı, hər birimizin ruh yüksəkliyini göylərə qaldırdı. Ali Baş Komandanımız Füzuli və Cəbrayıl şəhərlərində, Xudəfərin körpüsündə, Ağdam şəhərində Azərbaycan bayrağını şəxsən özü qaldırmaqla bu torpaqların əsil sahibinin Azərbaycan

xalqı olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Həmçinin möhtərəm dövlət başçımız işğaldan yeni azad edilmiş torpaqlarımızda dərhal quruculuq işlərinə başlanması barədə göstəriş verməklə bizim bu torpaqlara qayıdışımızın artıq əbədi olduğunu da vurğulamış oldu. Nəhayət dekabr ayının 1-də Laçın rayonundan da erməni hərbi hissələrinin çıxarılması ilə 30 illik işğala birdəfəlik son qoyuldu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü təmin etməklə ən parlaq tarixi qələbəyə imza atdı!

Bu şanlı qələbəmiz münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm! Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024