Mobil versiya
Azərbaycanın şanlı QARABAĞ səhifəsi
Tarix: 02-12-2020 | Saat: 13:57
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın şanlı QARABAĞ səhifəsi



Artıq Azərbaycanın şanlı tarixində yeni dövrə qədəm qoyuruq. 1 Dekabr tarixində Laçının işğaldan azad olunması ilə tarixi ərazi bütövlüyümüzü təmin etmək heç də asan olmadı. Qətiyyətli mövqeyi, uzaqgörən siyasəti ilə bizi qələbəyə aparan cənab Ali Baş Komandan İlham Əliyev əsl sərkərdə kimi öz öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Bu vəzifə 200 ildən artıq müddət ərzində daim torpaq itkisi, erməni terroruna məruz qalan xalq üçün ən öndə gələni, hava-su kimi vacib, namus və şərəfdən də irəli idi. Artıq əzilmiş, məğlub bir xalqın deyil, qalib xalqım nümayəndəsiyik və bu qürur, bu sevinci əvəz edəcək ikinci bir hiss yoxdur.

Müharibə hər zaman ağır olur. İtkilər, qalib və məğlub olmaq, arxa cəbhədə həyata keçirilən işlər, iqtisadi geriləmə və digər amillər müharibə simptromunun ilkin mərhələləridir. 90-cı illərdə yaşadığımız acı məğlubiyyətdən sonra daxildə olan çatışmamazlıq, ordu quruculuğu, iqtisadi nəaliyyət və ən əsası diplomatik dəstək məsələsi Azərbaycanın prioritet sahələrindən idi. Planla və uğurla həyata keçirilən bu siyasət Qələbəmizi şərtləndirdi. Baxın, 44 günlük çətin sınaqda Azərbaycan iqtisadiyyatı geriləmədi, arxa cəbhədə çaşğınlıq, qorxu yaranmadı. Əksinə, hər kəs bir nəfər kimi bir oldu, yumruq oldu! Bu birlik xalqın dövlət başçısına, liderinə olan sevgisinin tərənnümü idi. Bu birlik dünyaya səs salacaq, gücün göstəricisi idi. Bu birlik Qələbə birliyi idi....

Bəli, artıq tarixin yeni səhifəsi üzümüzə açılır. Bu səhifədə əzəli və əbədi, dədə-baba torpaqlarımızda cənnətin yaradılması, orada yaşayacaq vətəndaşlarımızın sosial rifah halının yüksəldilməsi, Qarabağı dünyanın ecazkar mərkəzinə çevirmək yazılıb. Artıq prosesə start verilib. Füzuli - Şuşa yolunun tikintisinə başlanılıb. Eyni zamanda Şuşaya içməli suyun verilməsi təmin olunub, işğal altında olan məscidlərimiz işıqlandırılıb. Təbii ki, biz qarşıdakı müddət ərzində intensiv işlərin şahidi olacayıq.

Bir məsələni də vurğulamaq yerinə düşər ki, müharibə iştirakıçarının sosial müdafiəsinin yaxşılaşdırılması, şəhid ailələri, qazilərimiz və Şanlı zəfərdə payı olan hər bir kəs dövlətimizin yaratdığı sosial paketlərdən istifadə edə biləcəklər. Şəhid ailələrinə veriləcək maddi yardım, qazilərimizə veriləcək sosial müavinətlər və digər məsələlərlə bağlı konsepsiya artıq açıqlanıb. Bütün bunlar onu deməyə əsas verir ki. Cənab Prezident 17 illik hakimiyyəti dövründə hər zaman dediyi kimi, hər bir azərbaycanlının yanındadır. Cənab Prezident Azərbaycanın Prezidenti olmaqla yanaşı eyni zamanda hər bir vətəndaşını düşünür. Onun həyata keçirdiyi siyasətin tək qayəsi var - Azərbaycan vətəndaşlarının problemləri minimum səviyyədə olmalı və vətəndaşlarımız gözəl yaşamalıdırlar.

Torpaq qana bulaşdıqda Vətən olur. Qarabağımız bizim üçün vətənimizin hər qarışı qədər əzizdir. Qarabağımız bizim qürurumuzdur, inkişafımızdır, gücümüzdür. Biz birlikdə olduqca güclüyük. Günümüzün əsas sitatına çevrilən, Qarabağ Azərbaycandır kəlməsi bundan sonrakı inkişafımızın təməl daşı olacaq.

Hamımız bilməliyik ki, müharibə hələ bitməyib. Azərbaycan xalqı, onun Şanlı Ordusu öz sözünü dedi, lakin beynəlxalq təşkilatlar, beynəlxalq hüquq hələ öz sözünü deməyib. Əlimizdə olan sübutlar, faktlar bizə bu hüquq müstəvisində də inamlı qələbə qazanacağımıza zəmin verir.

Əminə Ağazadə

Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024