Mobil versiya
Əlimirzə Şirinov: “Ali Baş Komandan dövlətimizin ərazi bütövlüyünün təminatçısıdır”
Tarix: 02-12-2020 | Saat: 15:24
Bölmə:Karusel | çapa göndər

Əlimirzə Şirinov: “Ali Baş Komandan dövlətimizin ərazi bütövlüyünün təminatçısıdır”




“Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə cənab Ali Baş Komandan İlham Əliyev bütün dünyaya Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin ən etibarlı şəkildə qorunduğu barədə açıq-aydın bir mesaj göndərmiş oldu” – bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının İmişli rayon Komitəsinin sədri Əlimirzə Şirinov demişdir.

Əməkdaşımızın suallarını cavablandıran Əlimirzə Şirinovilk növbədə belə bir məqamı vurğulamışdır ki, ermənilər və onların havadarları Azərbaycanda tolerantlıq və multikulturalizm mühitini tamamilə səhv olaraq bizim zəifliyimiz kimi qəbul ediblər. Lakin bu səhv düşüncə nəticə etibarı ilə işğalçının öz süqutuna səbəb oldu: “Azərbaycan xalqı həqiqətən də sülsevər xalqdır. Bütün dünya bilir ki, bu gün Azərbaycanda hökm sürən multikulturalizm və tolenrantlıq şəraitində ölkəmizdə bir çox millətlərin nümayəndələri, fərqli mədəniyyətlərə və dinlərə məxsus olan insanlar birlikdə, sülh və əmin-amanlıq içərisində yaşayırlar, birgə qurub-yaradırlar. Bizim qonaqpərvərliyimiz də bütün dünyaya məlumdur. Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışlarında və müsahibələrində dəfələrlə dediyi kimi, Azərbaycan monoetnik Ermənistandan fərqli olaraq çoxmillətli dövlətdir və bizim gücümüz də məhz bundadır. Lakin sülhsevərlik acizlik anlamına gəlməməlidir. Mənfur erməni işğalçıları və onlara havadarlıq edən qüvvələr də düşünürdülər ki, zəbt etdikləri torpaqlarımızda əbədi qalacaqlar. Lakin Ali Baş Komandanımızın polad iradəsi, Azərbaycan Ordusunun yenilməz qüdrəti, xalqımızın sarsılmaz birliyi və ən əsası da Azərbaycan xalqının öz liderinə şəksiz inamı düşmənin bütün planlarını bir anın içərisində alt-üst etdi. 30 il davam edən işğala cəmi 44 günə son qoyuldu.”

Həmçinin öz müsahibəsində komitə sədri qardaş Türkiyənin də hər zaman ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirərək bunları demişdir: “Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən bəri apardığı son dərəcə uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan yüksək beynəlxalq nüfuza malik olan bir ölkəyə çevrilmişdir. Ölkəmiz bir çox nüfuzlu beynəlxalq qurum və təşkilatlarda aparıcı rol oynamaqdadır. Bütün dünyada Azərbaycanın dostlarının sayı durmadan artır. Lakin bu dostların sırasında qardaş Türkiyənin yeri əlbəttə ki, ayrı və xüsusilə önəmlidir. O cümlədən Türkiyə Azərbaycana öz torpaqlarının azad edilməsi uğrunda apardığı ədalətli Vətən müharibəsi günlərində də ilk gündən dəstək vermiş və hər zaman yanımızda olmuşdur. Əbəs yerə deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edərkən məhz bu sözləri demişdir: “Bütün bu 44 gün ərzində qardaş Türkiyənin dəstəyini biz hər an hiss edirdik, bütün Azərbaycan xalqı hiss edirdi.” Əlbəttə ki, bu dəstək ilk növbədə bir millət, iki dövlət amilindən qaynaqlanır. Cənab Ali Baş Komandanımızın da da dediyi kimi, bu qələbə bizim müştərək qələbəmizdir və Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. ”

Daha sonra müsahibimiz Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərlərindən bəhs edərək bunları dedi: “Bildiyiniz kimi, noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl

rayonlarına, həmçinin Füzuli və Cəbrayıl şəhərlərinə, noyabrın 23-də isə işğaldan azad edilmiş Ağdam şəhərinə səfər ediblər. Heç şübhəsiz bu tarixi səfərlərin əhəmiyyəti çox böyükdür. Müzəffər Ali Baş Komandan Füzuli və Cəbrayıl şəhərlərində, Xudəfərin körpüsündə və Ağdam şəhərində Azərbaycan bayrağını şəxsən özü qaldırmaqla bu torpaqların əsil sahibinin Azərbaycan xalqı olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Bəli, bu gün Azərbaycan özünün ərazi bütövlüyünü tam olaraq bərpa etmişdir. Həm də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu diplomatik gedişləri sayəsində Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan işğaldan azad edildilər. Artıq bütün dünya bilməlidir ki, bundan sonra da Azərbaycanın nə ərazi bütövlüyünə, nə də suverenliyinə qarşı istənilən şəkildə ifadə olunacaq hər hansı bir təhdid qarşılıqsız qalmayacaq. Çünki Azərbaycanın qüdrətli Ordusu və Müzəffər Ali Baş Komandanı var!”

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024