Mobil versiya
Bayram Hacıyev: “Ali Baş Komandan Müzəffər Ordumuzun qurucusudur”
Tarix: 02-12-2020 | Saat: 14:40
Bölmə:Karusel | çapa göndər

Bayram Hacıyev: “Ali Baş Komandan Müzəffər Ordumuzun qurucusudur”


 
        “30 il işğal altında olan, bu gün isə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən Vətən torpağının hər qarışı bizim üçün doğmadır, əzizdir. Bu torpaqların yenidən özünün əsil sahiblərinə qaytarılması isə möhtərəm Prezidentimizin yürütdüyü düşünülmüş daxili və xarici siyasətin təntənəsidir!” – bu sözləri AzərbaycanınVətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə münasibətilə Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Gəncə şəhər Komitəsinin  sədri Bayram Hacıyev saytımıza verdiyi müsahibəsində demişdir.
 
        Əməkdaşlarımızın suallarını cavablandırarkən komitə sədri ilk növbədə demişdir ki, Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsi ölkəmizin inkişaf etmiş iqtisadiyyata və güclü orduya sahib ola bilməsi ilə təmin edilmişdir: “Ali Baş Komandan cənab İlham Əliyevin dəfələrlə öz çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil. Asılı olsaydı, bizə təzyiqlər edilə bilərdi. Onsuz da edilmişdi, ancaq onların heç bir səmərəsi olmadı. Çünki Azərbaycana qarşı iqtisadi amildən istifadə etmək mənasızdır. Biz heç kimdən asılı deyilik, hansısa ölkədən, hansısa beynəlxalq maliyyə qurumundan asılı deyilik. Ölkə Prezidenti cənab İlham Əliyev 17 il ərzində daim deyirdi ki, biz iqtisadi sahəyə güclü təkan verməliyik, iqtisadi müstəqilliyimizi təmin etməliyik. Möhtərəm dövlət başçımız məqsədyönlü fəaliyyəti və ciddi səyləri nəticəsində bunu təmin etdi. Bizim kifayət qədər güclü iqtisadi potensialımız və maliyyə resurslarımız imkan verdi ki, iqtisadi müstəqilliyi tam təmin edək. Bu da qələbənin əldə edilməsində xüsusi rol oynayırdı. Çünki əgər biz iqtisadi cəhətdən müstəqil olmasaydıq, biz siyasi müstəqillik əldə edə bilməzdik. Siyasi müstəqillik olmadan torpaqlarımızı düşməndən azad edə bilməzdik. Çünki onların arxasında böyük dövlətlər, o dövlətlərin çox nüfuzlu dairələri, erməni lobbi təşkilatları dayanır. Güclü iqtisadiyyat imkan verdi ki, Azərbaycan lazım olan hərbi texnikanı və silahları aldı. Ali Baş Komandan ordumuzu inkişaf etdirərkən ən qabaqcıl meyilləri nəzərdən keçirmişdir. Biz o silahları alırdıq ki, bu silahlar bizim üstünlüyümüzü təmin etsin və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanda hakimiyyətə gəldiyi ilk gündən demişdi ki, Azərbaycan öz torpaqlarını istənilən yolla azad edəcək. Bu gün bütün dünya möhtərəm dövlət başçımızın verdiyi hər bir sözün arxasında sona qədər durduğunun bir daha şahidi oldu.”
        Daha sonra Bayram Hacıyev noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın Azərbaycan diplomatiyasının, Ölkə Prezidenti tərəfindən aparılan siyasətin əsil təntənəsi olduğunu da qeyd edərək bunları dedi: “Dədə-baba torpaqlarımızın erməni işğalına məruz qoyulması bizə 30 illik bir həsrət yaşatdı. 30 il ərzində münaqişənin sülh yolu ilə həlli üçün bütün imkanları sınayan Azərbaycan öz torpaqlarının azad edilməsinə nail ola bilmədi. Sonda məlum oldu ki, əslində münaqişənin sülh yolu ilə həlli yox imiş, əslində danışıqların və razılaşmaların məqsədi heç də torpaqlarımızı özümüzə qaytarmaq deyilmiş. Əksinə, erməni təcavüzkarları hələ bizə qarşı yeni ərazi iddiaları da hazırlayırlar. Və nəhayət Azərbaycan sülhə məcburetmə əməliyyatlarına başlamalı oldu. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, bizi buna vadar etdilər. 2020-ci il sentyabr ayının 17-dən başlayan hərbi əməliyyatlar cəmi 44 gün davam etdi. Cəmi 44 gün ərzində ermənilər 5 ilə işğal etdikləri və 30 il ərzində möhkəmləndikləri torpaqlardan qovulub çıxarıldılar. Artqı noyabr ayının 10-da Paşinyan faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan “Üçtərəfli Bəyannamə”ni imzalamaq məcburiyyətində qaldı. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 17 il ərzində yürütdüyü düşünülmüş daxili və xarici siyasətin təntənəsi oldu! Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistan baş naziri tərəfindən imzalanmış həmin bəyannamənin ən önəmli cəhətlərindən biri budur ki, Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana artıq heç bir hərbi əməliyyat aparılmadan qaytarıldı. Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad edilmiş rayon və şəhərlərimizə səfər etməsi və həmin ərazilərdə müqəddəs üçrəngli bayrağımızı şəxsən qaldırması isə bizim bu torpaqlara Böyük Qayıdışımız barədə bütün dünyaya göndərilən bir mesajdır. Bəli, biz qayıtdıq! Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, biz bu şəhərləri, bu rayonları yenidən dirçəldəcəyik! Bütün bölgələrimizdə işğalın, erməni vandalizminin acı nəticələri tezliklə aradan qaldırılacaq, şəhər və kəndlərimiz yenidən qurulacaq, Azərbaycan daha gözəl, daha güclü olacaq!”
        Müsahibənin sonunda isə Bayram Hacıyev Azərbaycanın Vətən müharibəsində əldə etdiyi bu tarixi qələbənin Azərbaycan xalqının öz Prezidentinə olan sonsuz etimadının və sarsılmaz inamının daha bir təcəssümü olduğunu vurğulayaraq bunları deyib: “Möhtərəm Prezidentimizin tarixi qələbə münasibətilə xalqa etdiyi müraciətində də dediyi kimi, məhz Azərbaycan xalqının öz dövlətinin başçısı ətrafında sıx birləşməsindən yaranmış dəmir yumruq düşmənlərimizin başını əzmişdir. Azərbaycanın otuz il işğal altında qalan torpaqlarını azad etməklə Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz xalqın qürurunu özünə qaytardı. Artıq Azərbaycan vətəndaşları öz ölkələrində məcburi köçkün həyatı yaşamaq məcburiyyətində olmayacaqlar. İnsanlarımız işğaldan azad edilmiş dədə-baba yurdlarına qayıdacaq, həmin torpaqlarda həyat yenidən başlayacaq. Bu gün biz hamımız bu möhtəşəm qayıdışın ilk addımlarının da şəxsən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən necə atıldığını qürurla izləyirik. Məhz bu baxımdan da möhtərəm dövlət başçımızın işğaldan azad edilmiş rayon və şəhərlərimizə etdiyi tarixi səfərlərin əhəmiyyəti son dərəcə böyükdür.”

Abbas Abbasov
Elburus Bağırov

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024