Mobil versiya
Təhsil naziri qəzada ölən tələbələrdən yazdı
Tarix: 30-11-2020 | Saat: 12:27
Bölmə:Təhsil | çapa göndər

Təhsil naziri qəzada ölən tələbələrdən yazdı


Təhsil naziri Emin Əmrullayev yol qəzasında ölən tələbələrlə bağlı sosial şəbəkədə paylaşım edib.

Trend-in məlumatına görə, nazir qeyd edib ki, gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbə həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb:


"Bu səhər çox üzücü bir xəbər aldıq. Gecə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində koronaviruslu xəstələr üçün nəzərdə tutulan modul tipli xəstəxanada könüllü çalışan 3 tələbəmiz həlak olub, 1 tələbəmiz isə ağır yaralanıb. Həlak olanlar Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsinin V kurs tələbəsi Sahil Mustafazadə, müalicə profilaktika fakültəsinin V kurs tələbəsi Tuncay Məmmədov və eyni fakültənin VI kurs tələbəsi Yeganə Məmmədovadır. Müalicə profilaktika fakültəsinin V kurs tələbəsi İlkin Ağamirzəyev isə hadisə nəticəsində ağır yaralanıb. Allahdan həlak olanlara rəhmət, yaralı tələbəmizə isə şəfa diləyirəm!


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024