Mobil versiya
Məşhur Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı Xədicəyə yardım ayırdı
Tarix: 23-11-2020 | Saat: 09:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Məşhur Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş 3 yaşlı Xədicəyə yardım ayırdı


Kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Səncər Ermənistanın 17 oktyabr tarixində Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürmüşdür.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən bildirilib.

Əziz Səncər BBC-də yayımlanmış xəbərə (https://www.bbc.com/news/av/world-europe-54650502) istinadən Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulamışdır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024