Mobil versiya
Qurban Qurbanov: “Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik”
Tarix: 20-11-2020 | Saat: 15:30
Bölmə:İdman | çapa göndər

Qurban Qurbanov:



Bu gün 27 il sonra “Qarabağ”ın təmsil etdiyi Ağdam şəhəri və kəndləri işğalçı Ermənistan tərəfindən boşaldılaraq ordumuza təhvil verilib.

Ağdam komandasının baş məşqçisi Qurban Qurbanov bu haqda öz fikirlərini bölüşüb:

“Bu gün bizim üçün çox böyük bir gündür. İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam şəhəri artıq bu gün işğaldan azad olunub. İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırovun və digər şəhidlərimizin ruhu şaddır. Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik.

Bir daha başda cənab Ali Baş Komandan olmaqla ordumuza bizə bu hissləri yaşatdığı üçün təşəkkür edirəm”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024