Mobil versiya
Rəşad Cəbrayılov: “Ali Baş Komandan tarixi ədaləti bərpa etdi”
Tarix: 20-11-2020 | Saat: 15:03
Bölmə:Manşet | çapa göndər

Rəşad Cəbrayılov: “Ali Baş Komandan tarixi ədaləti bərpa etdi”




“Azərbaycan xalqının öz torpaqlarına qayıdışının ilk addımını Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev özü atırsa, bu o deməkdir ki, həqiqətən də bu qayıdış möhtəşəm olacaq” – bu sözləri YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov aia.az saytına müsahibə verərkən deyib.


Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda apardığı Vətən müharibəsində əldə etdiyi qələbəni şərtləndirən amillər barədə əməkdaşımızın suallarını cavablandıran Rəşad Cəbrayılov bildirmişdir ki, bu qələbəyə görə biz ilk növbədə Ali Baş Komandanımızın yenilməz iradəsinə, xalqın sarsılmaz birliyinə və ordumuzun gücünə borcluyuq. Müsahibimizin sözlərinə görə məhz bu üç amilin vəhdəti şanlı qələbəmizi tarixi zərurət kimi ortaya qoymuşdur: “Azərbaycanın öz torpaqlarını azad etmək üçün apardığı bu ədalətli müharibədə qalib gəlməsini bir çox amillər təmin edib. Lakin obyektiv fikir yürütmək üçün əslində biz bu amilləri vahid bir kompleks şəklində nəzərdən keçirməliyik. Aydındır ki, istənilən bir müharibənin əsas iştirakçısı ilk növbədə ordudur. Lakin güclü ordu özü-özünə yaranmır. Güclü orduya sahib olmaq üçün birincisi insan resursları, ikincisi də müasir texnologiyalara əsaslanan silahlar tələb olunur. Biz hamımız şahid olduq ki, Azərbaycanda hətta səfərbərliyə çağırılmayan insanlarımız da cəbhəyə göndərilmək üçün əllərindən gələni edirdilər. Xalqın ruh yüksəkliyi, qələbə əzmi elə bir səviyyədə idi ki, bizim qalib gələcəyimizə qətiyyən heç bir şübhə yeri qalmırdı. Əlbəttə ki, bu ruh yüksəliyi də xalqın öz dövlətinə, öz Prezidentinə olan etimadından, inamından və sevgisindən qaynaqlanır. Məhz bu inam və sevgi xalqı və ordunu Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında bir dəmir yumruq kimi birləşdirdi ki, sonda da həmin yumruq bir zərbə ilə düşmənin başını əzdi.

Digər tərəfdən də güclü ordu yaratmaq üçün əvvəlcə güclü iqtisadiyyata sahib olmaq lazımdır. Məlumdur ki, Ölkə Prezidenti cənab İlham Əliyevin son illər yürütdüyü uğurlu daxili və xarici siyasət və bu zəmində Azərbaycanın əldə etdiyi böyük iqtisadi uğurlar beynəlxalq dairələrin də diqqətini cəlb etməkdədir. Hakimiyyətdə olduğu bütün illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilən iqtisadi islahatlar, insanların sosial-məişət problemlərinin həlli və yaşam səviyyələrinin yüksəldilməsi yönümündə qəbul edilən regional inkişaf proqramları, həyata keçirilən siyasi islahatlar, korrupsiya ilə mübarizə tədbirləri – bir sözlə bütün istiqamətlərdə ilk növbədə məhz sadə vətəndaşın maraqlarının diqqətə alınması bu gün Azərbaycanda xalq-iqtidar birliyini həqiqətən də sarsılmaz etmişdir. Beləliklə, müharibədə Azərbaycanın qələbəsini təmin edən əsas amillər kimi güclü ordu, bu ordunu dəstəkləyən həmrəy xalq, qoşunlarımızı müasir silah və texnologiyalarla təmin edə biləcək güclü iqtisadiyyat və əlbəttə ki, bütün bu vəzifələrin öhdəsindən gələ bilmək iqtidarında olan güclü lider faktoru çıxış edir.”

Daha sonra müsahibimiz noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyannamənin Azərbaycanın maraqlarına tam cavab verdiyini xüsusi olaraq qeyd etmişdir: “Noyabr ayının 8-də Ali Baş Komandanımızın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu Şuşanı azad etdi. Bundan dərhal sonra daha 72 yaşayış məntəqəsi və strateji yüksəliklər əsgərlərimizin ildırım sürətli həmləsi ilə əldə edildi. Düşmən yaranmış vəziyyətdən yeganə çıxış yolunun yalnız təslim olmaqda olduğunu anladı. Nəticədə Ermənistan faktiki olaraq özünün kapitulyasiya aktı anlamına gələn üçtərəfli bəyanatı imzalamalı oldu. Bilirsiniz ki, noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu o deməkdir ki, bölgədə gələcək əməkdaşlıq formatında Türkiyə və Rusiya birgə fəaliyyət göstərəcəklər. Amma təəssüflər olsun ki, bu gün bəzi qüvvələr bu anlaşmanın əhəmiyyətini azaltmaq, hətta mahiyyətini təhrif etmək istəyir, sosial mediada Rusiya sülhməramlılarının bölgəyə gəlməsinə qərəzlidon geyindirməklə ictimai rəyi azdırmağa çalışırlar. Halbuki, bölgəyə azsaylı sülhyaradıcı rus kontingentinin gəlməsi heç bir halda Rusiyanın Azərbaycanda yenidən hərbi bazasının yaradılmasıı kimi qiymətləndirilə bilməz. Bu, yalnız bölgədə məhdud sayda sülhməramlı hərbçinin mövcudluğu deməkdir. Digər tərəfdən isə Kəlbəcər, Ağdam və Laçın rayonlarından ermənilərin hərbi əməliyyatlar aparılmadan çıxarılması ordumuzun daha az itki verməsi və bu uğurumuzun da sırf siyasi-diplomatik qələbə kimi əldə olunması anlamına gəlir.”

Müsahibənin sonunda isə Rəşad Cəbrayılov dövlət başçımızn işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarina səfərinin əhəmiyyətindən bəhs edərək bunları dedi: “Bildiyiniz kimi, noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfər etmişlər. Heç şübhəsiz bu tarixi səfərin əhəmiyyəti çox böyükdür. Müzəffər Ali Baş Komandan Füzuli və Cəbrayıl şəhərlərində, Xudəfərin körpüsündə Azərbaycan bayrağını şəxsən özü qaldırmaqla bu torpaqların əsil sahibinin Azərbaycan xalqı olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Həmçinin möhtərəm dövlət başçımız işğaldan yeni azad edilmiş torpaqlarımızda dərhal quruculuq işlərinə, yol çəkilişinə başlanması barədə göstəriş verməklə Azərbaycan xalqının bu torpaqlara artıq əbədi qayıtması barədə dünyaya növbəti mesajını göndərdi. Belə ki, həmin gün Füzuli – Şuşa avtomobil yolunun çəkilişinə başlandı. Bu yolun əlbəttə ki, müstəsna əhəmiyyəti vardır. Lakin bu, sadəcə bir başlanğıcdır. Ölkə Prezidenti cənab İlham Əliyevin Ağdamın işğaldan azad edilməsilə bağlı Azərbaycan xalqına etdiyi müraciətində də qeyd etdiyi kimi, biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Bütün rayon və şəhərlərimizdə inzibati binalar, sosial obyektlər, evlər tikiləcək, yollar yollar çəkiləcək və digər lazım olan işlər görüləcək. Ən əsası budur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və bununla da tarixi ədalət öz yerini aldı.”

aia.az
Abbas Abbasov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024