Mobil versiya
Bir ayda Ermənistanda 6 yüksək vəzifəli şəxs işdən çıxarılıb - Paşinyan "təqsirkarlar" axtarır
Tarix: 29-10-2020 | Saat: 16:14
Bölmə:Dünya | çapa göndər

Bir ayda Ermənistanda 6 yüksək vəzifəli şəxs işdən çıxarılıb -


Bir ay ərzində Ermənistanda 6 yüksək vəzifəli şəxs vəzifəsindən azad edilib.

Trend-in məlumatına görə, vəzifəsindən azad olunanların hamsı güc strukturlarında çalışan şəxslərdir. Paşinyan hakimiyyəti azad olunanlarının bəzilərinin adına qalmaqallar yaratmaqla Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərinə bəhanə tapmağa çalışır.

1 ay ərzində Ermənistanda vəzifəsindən azad edilən yüksək rütbəli şəxslər:

- Milli Təhlükəsizlik Xidməti naziri Arqişti Karamyan

- Sərhəd Qoşunları komandanı general-polkovnik Vaginak Sarksyan

- Milli Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat Departamentinin rəisi, general-mayor Ovannes Karumyan

- Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Baş Qərargah rəisi Gagik Tevosyan

- Qondarma DQR “Müdafiə Naziri” Cəlal Harutyunyan

- Ermənistanın Ədliyyə Nazirinin müavini Vahe Danielyan

Qeyd edək ki, son günlər erməni cəmiyyətində Paşinyan hakimiyyətinə təzyiqlər artmaqdadır. Artıq baş nazirinin ünvanına mediada və sosial şəbəkələrdə açıq məktublar ünvanlanaraq ittihamlar səsləndirilir. Ondan hakimiyyəti bu böhran vəziyyətindən çıxara biləcək birinə verməsi tələb olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024