Mobil versiya
30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verilib
Tarix: 29-10-2020 | Saat: 14:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verilib


Azərbaycan 30 hərbçinin meyitini və iki mülki şəxsi Ermənistana təhvil verib.

Trend-in məlumatına görə, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

H.Hacıyev bildirib ki, 30 erməni əsgər və zabitin meyiti, eyni zamanda, əsir düşmüş iki mülki şəxs Tovuz-Qazax istiqamətində Ermənistana təhvil verilib:

"Bu istiqamətdə Rusiya Müdafiə Nazirliyi və şəxsən Müdafiə naziri Sergey Şoyqunun səylərini yüksək qiymətləndiririk. Rusiyanın bu humanitar təşəbbüsü dəstəkləməsi nəticəsində Ermənistan tərəfi Qazax-Tovuz istiqamətində humanitar koridorun açılmasına və öz əsgərlərinin meyitlərinin qəbul edilməsinə razılığını verdi".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024