Mobil versiya
Ermənistanın "feyk" müharibəsi: Azərbaycan tərəfindən döyüşdüyü deyilən muzdlular elə Ermənistan öz hərbiçiləridir
Tarix: 26-10-2020 | Saat: 15:06
Bölmə:Gündəm | çapa göndər

Ermənistanın "feyk" müharibəsi:


Ermənistan növbəti təxribata əl ataraq özü-özünü təqzib edib.

Bunu Trend-ə ehtiyyatda olan polkovnik, hərbi ekspert Ruslan İmamquliyev deyib.

Onun sözlərinə görə, buna səbəb bu günlərdə yayılan fotodur:

“Ermənistan ordusu müharibə başlayandan Azərbaycana qarşı həm də fake müharibəsi elan edib və bu guya suriyalı yaraqlıların Azərbaycan tərəfdən döyüşlərdə iştirak etməsi iddia olunur. Erməni tərəfi guya suriyalı yaraqlılarına Azərbaycan sərhədçilərinin formasında döyüşdüyünü bildirirdilər. Ancaq ötən gün elə özlərinin yaydığı foto ilə həmin fake xəbəri təqzib etdilər.

Belə ki, bu günlərdə Ermənistanın Müdafiə naziri David Tonoyan Dağlıq Qarabağda döyüşlərdə iştirak edən əsgərlərlə görüş keçirib və həmin görüşdən fotolar çəkilib. Sözügedən şəkillər Şuşan Stepanyanın rəsmi facebook səhifəsində yayılsa da sonradan silinib. Buna səbəb isə həmin əsgərlərin ikisinin əynində Azərbaycan Dövlət Sərhəd xidmətinin uniforması olmasıdır. Bu şəkildən də anlamaq olur ki, guya Azərbaycan tərəfindən döyüşdüyü deyilən muzdlular elə Ermənistan öz hərbiçiləridir”.

R. İmamquliyev qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən atılan bu addım ilk deyil:

“Məhz onar tərəfindən cəlb olunan istər diversant qruplar, istərsə də terrorist qüvvələri, əksər hallarda Azərbaycan Silahlı Qüvvələrinə məxsus uniformadan istifadə ediblər. Ancaq Azərbaycan Silahlı Qüvvələri düşməndən fərqli olaraq nə kənardan döyüşlərə insan cəlb edir, nə də digər ölkənin formasından istifadə edir. Ermənistan isə bu cür yalanları elə birinci Qabağ müharibəsində də edib.

Bu gün ermənilər döyüşlərə terror qruplaşmaları cəlb edirlərsə, bu onların nə qədər zəif olmasının göstəricisidir. Əgər hər hansısa tərəf döyüşlərə kənardan qruplaşmalar cəlb edərsə, bu onun asmetik döyüş nəzəriyyəsinin nə qədər aşağı olmasını göstərir. Ermənistanın Azərbaycanın nə qədər zəif olması onların öz rəsmi şəxsləri tərəfindən də səsləndirilib”.

Ekspert əlavə edib ki, David Tonoyanın yer aldığı fotoda diqqət etməli digər məqamlar da var:

“Biz nəzər yetirsək görərik ki, orada əsgərlərin birinin heç ayağında çəkməsi belə yoxdur. Ancaq nazirin geyimi yerində, ağzında isə maska. Digər şəxslərin isə görünüşü elə də ürək açan deyil, çəkməsiz əsgərin ayaqları isə çirkab içində. Bu mənzərə onu göstərir ki, Ermənistan ordusu nə qədər acınacaqlı vəziyyətdədirlər”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024