Mobil versiya
İslam aləminin ən böyük alimlərindən biri maşınına bomba qoyularaq qətlə yetirildi
Tarix: 23-10-2020 | Saat: 09:53
Bölmə:Dünya | çapa göndər

İslam aləminin ən böyük alimlərindən biri maşınına bomba qoyularaq qətlə yetirildi



Terrorçular Suriyanın paytaxtının müftisini öldürüblər.

Bu barədə SANA agentliyi xəbər yayıb.

Terror hücumu 22 oktyabr axşamı Dəməşq yaxınlığındakı Qudsiya şəhərində baş verib. Cinayətkarlar Şeyx Məhəmməd Adnan əl-Afyuninin avtomobilinin altına bomba yerləşdiriblər. Partlayış nəticəsində ağır yaralanan müftinin həyatını xilas etmək mümkün olmayıb.

Şeyx Afyuni Suriyanın və İslam dünyasının ən görkəmli alimlərindən biri idi. O, həmçinin, Çam Beynəlxalq Ekstremizmə Qarşı Mübarizə Mərkəzinin baş idarəçisi olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə