Mobil versiya
Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB
Tarix: 21-10-2020 | Saat: 11:07
Bölmə:Səhiyyə | çapa göndər

Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək -


Azərbaycanda qripə qarşı vaksinasiyanın aparılması birbaşa COVİD-ə yoluxma sayının azalmasına təsir göstərməyəcək.

Bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov əlavə edib ki, vaksinasiyanın aparılması insanlarda sadəcə COVİD-lə eyni zamanda qripə yoluxmanın baş verməsi ehtimalını azaldacaq:

”Bu vaksinasiya ona görə edilir ki, qriplə birlikdə yoluxmanın olduğu zaman COVİD insanda daha da ağırlaşma yaratmasın: “Vaksinasiya ən azından bu sahədə müəyyən qədər işlər görəcək. Amma qripə qarşı vaksinasiyanın aparılması COVİD-ə yoluxmaya birbaşa təsir göstərmir”.

Qeyd edək ki, oktyabrın 12-dən 2020-2021-ci ilin payız-qış mövsümündə ölkədə qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə vaksinasiya tədbirlərinə başlanılıb. Bu vaksinasiya tədbirləri tibb işçiləri - həkim və orta tibb personalı, hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəliyi olan 6 aydan böyük uşaqlar, orta və yaşlı insanlar üçün keçirilir. Vaksinasiya tədbirləri bir ay ərzində həyata keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024