Mobil versiya
“Heç kim Azərbaycanı haqq işindən çəkindirə bilməz” - TBMM sədri
Tarix: 20-10-2020 | Saat: 12:02
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Heç kim Azərbaycanı haqq işindən çəkindirə bilməz” -


Regionda sülhün və sabitliyin təmin edilməsi üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır.
Azvision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Milli Məclisin plenar iclasında çıxışı zaman deyib.

M.Şentop bildirib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı qətnamələri uzun illərdir yerinə yetirilmir. O bildirib ki, Minsk qrupu münaqişənin tənzimlənməsi üçün gerçək iradə göstərməyib.

M.Şentop qeyd edib ki, Ermənistan Azərbaycana qarşı yeni təxribatlara əl atdı: “Lakin Ermənistan gözləmədiyi bir vəziyyətlə üzləşdi. Qəhrəman Azərbaycan Ordusu torpaqların işğaldan azad edilməsinə başladı. Bəzi dövlətlər Azərbaycanı bu haqq işində günahlandırmağa başladı. Azərbaycan beynəlxalq hüquqa əsasən öz torpaqlarını işğaldan azad etməyə başladı. Heç kim Azərbaycanı bu haqq işindən çəkindirə bilməz və Azərbaycan torpaqları üzərindən öz məqsədlərini həyata keçirə bilməzlər. Türkiyə sona qədər Azərbaycanın yanındadır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024