Mobil versiya
Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tezliklə razılaşdırılmasına ümid edir - Lavrov
Tarix: 19-10-2020 | Saat: 18:00
Bölmə:Siyasət | çapa göndər

Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət mexanizminin tezliklə razılaşdırılmasına ümid edir -



Rusiya Dağlıq Qarabağda atəşkəsə nəzarət mexaizminin tezliklə razılaşdırılmasına ümid edir.

Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya münaqişə ilə bağlı atılan addımllar barədə Avropa Şurasının Katibliyini məlumatlandırıb:

“İndi ən əsas məsələ həm tərəflər arasında, həm beynəlxalq iştirakçılar tərəfindən qarşıdurma ritorikasını dayandırmaqdır. Növbəti zəruri addım döyüş əməliyyatlarının, mülki obyektlərə zərbələrin dayandırılmasıdır. Bu, Rusiya, ABŞ və Fransa prezidentlərinin ATƏT Minsk qrupu həmsədrləri qismində bəyanatında, həm də oktyabrın 10-da razılaşdırılmış Moskva sənədində yer alan tələbdir. Bu tələb, həmçinin oktyabrın 18-də razılaşdırılmış sənəddə də yer alıb”.

Rusiyalı nazir qeyd edib ki, Moskvadakı görüşdən sonra ümidlər doğrulmadı:

“Yaşayış məskənləri və mülki infrastruktura zərbələr davam etdi. Bu, qəbuledilməzdir. Atəşkəs rejiminin işləməsi üçün atəşkəs rejiminə əməl olunmasına nəzarət mexanizmi yaradılmalıdır. Biz buna iki sənədin qəbul olunmasından, amma vəziyyətin dəyişməməsindən sonra əmin olduq. Hazırda biz, o cümlədən Müdafiə Nazirliyimiz, ilk növbədə Azərbaycandan və Ermənistandan həmkarlarımızla bunun üzərinə fəal işləyirik və ümi edirik ki, yaxın zamanlarda bu mexanizm razılaşdırılacaq”.

S.Lavrov əlavə edib ki, məsələnin siyasi tənzimlənməsi üçün ATƏT Minsk qrupu həmsədrlərinin hazırladığı, tərəflərlə müzakirə etdiyi məsələlər mövcuddur:

“Fikrimcə, tərəfləri əsas müddəaları razılaşdırmağa çağırmalıyıq. Bu müddəalar uzunmüddətli baxımdan regionda vəziyyəti sabitləşdirməyə, iqtisadi, nəqliyyat əlaqələrini açmağa və həm Qarabağın, həm digər ərazilərin etibarlı təhlükəsizliyini təmin etməyə imkan verəcək”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə