Mobil versiya
Balakən, Zaqatala və Qaxda "Koronavirus ondan necə qorunmalı" adlı kitabçalar paylanılıb
Tarix: 19-10-2020 | Saat: 17:48
Bölmə:Ölkə | çapa göndər

Balakən, Zaqatala və Qaxda "Koronavirus ondan necə qorunmalı" adlı kitabçalar paylanılıb


"Yeni Həyat İqtisadi İnkişaf" İctimai Birliyi Azərbaycan Respublikasının prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Kənd təsərrüfatı sahəsində çalışanlara koronavirusla mübarizə ilə bağlı maarifləndirici məlumatların çatdırılması" layihəsi çərçivəsində "Koronavirus ondan necə qorunmalı" adlı kitabçaların pulsuz paylanmasını təşkil edib.

Layihə rəhbəri Ədil Ədilzadə bildirib ki, layihənin məqsədi kənd təsərrüfatı sahəsində çalışan insanların koronavirus pandemiyasına qarşı daha dərin məlumatlara malik olmasını təmin etmək, eyni zamanda virusla mübarizə işində gigienik qaydalara əməl etməsini təmin etməkdir. Onun sözlərinə görə, 3 aylıq layihə çərçivəsində Qaxda, Balakəndə, Zaqatalada fermerlərə koronavirusla mübarizədən bəhs edən 700 ədəd kitabça paylanılıb. Kitabçada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin koronavirusla mübarizə sahəsində gördüyü işlər, o cümlədən hökumətin atdığı addımlarla bağlı yazılar dərc olunub. Koronavirusla mübarizədə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə uyğun olaraq sosial məsafənin gözlənilməsi, maskadan istifadə və lazım olmadıqca evdən çölə çıxmamaq kimi məsələlər barəsində yazılar öz əksini tapıb. Dizinfeksiya işlərinin əhəmiyyəti qeyd olunub. Layihə çərçivəsində həmçinin sabahinfo.az saytında bu istiqamətdə 10 yazı işıqlandırılıb.

Ə.Ədilzadə ümumilikdə ictimai sektorun koronavirusla mübarizə sahəsindən aktiv iş apardığını, həyata keçirilən layihənin bu işlərin davamı olduğunu qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024